Ala gözlər, al yanaqlar, ağ bəniz, bir öpüşdən yanağında qalıb iz...

Hazırda oxunan: Ala gözlər, al yanaqlar, ağ bəniz, bir öpüşdən yanağında qalıb iz...

134324



















Ala gözlər, al yanaqlar, ağ bəniz,
Bir öpüşdən yanağında qalıb iz...
Sahilində durduğumuz göy dəniz,
Səni mənə, məni sənə çox görür...

Qızdırıram, ovcumdadır buz əllər,
Oğrun - oğrun baxıb keçir gözəllər...
Ayaq altda xışıldayan xəzəllər,
Səni mənə, məni sənə çox görür...

Qəlbimi ovlayan o ahu baxış,
Məni əldən salan o eniş, yoxuş...
Sinəni isladan o narın yağış,
Səni mənə, məni sənə çox görür...

Sən elə beləsən hər gün, həmişə,
Məni yandırırsan, çəkirsən şişə...
Qoşa gəzdiyimiz o yaşıl meşə,
Səni mənə, məni sənə çox görür...

Ömrümüzə qatmamışıq acılıq,
Yol yoldaşı olub bizə ucalıq...
Amma bizi yaxalayıb qocalıq,
Səni mənə, məni sənə çox görür...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin