Şəhid verdik, ümidimiz cücərdi...

Hazırda oxunan: Şəhid verdik, ümidimiz cücərdi...

131833








Gündüzüm Qarabağ, gecəm Qarabağ,
Mən başıma nə daş salım, bilmirəm...
O uca dağların, göy çəmənlərin,
Qoxusunu hardan alım, bilmirəm...

O ağaclar nəyə desən dəyərdi,
Bar gətirib budağını əyərdi...
Anam mənə "Qurban olum!" deyərdi,
Bəs mən kimə qurban olum, bilmirəm...

Nə xoşbəxt adamdır murada yetən,
Mənə lağ eyləyir hər yoldan ötən...
Kəlbəcərsiz, Qarabağsız nə vətən?
Mən vətənsiz necə qalım, bilmirəm...

Yaza - yaza qələmimdən bezmişəm,
Diri ikən məzarımı qazmışam...
Yadırğayıb yolumu da azmışam,
De, hardadır sağım, solum, bilmirəm...

Yenədəmi danışıqlar uzandı?
Danışdılar...kim uddu, kim qazandı...
Əlim göydə, qulağımda azandı,
Dəyişibmi yenə halım, bilmirəm...

Şəhid verdik, ümidimiz cücərdi,
Hər şəhidim bir igiddi, bir ərdi...
Vətənsiz yaşamaq özü hünərdi,
İndi hayanadır yolum, bilmirəm...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin