Bədii söz mülklü karvanın sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman hakimi-mütləq olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib və qorunub saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var dağa qaldırır, söz də var dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...xa0
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib Sözə “ehya”x9d verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.xa0
Kəlbəcər ədəbi mühitində də belə söz sahibləri az olmayıb. Onların sırasında qızlarımız, xanım-xatınlarımız xüsusilə seçiliblər. Hələ on səkkizinci yüzillikdən yaradıcılığı bizə məlum olan qadın aşıq-şairlərimizin sırasında nakam məhəbbəti dillərdə dastana çevrilən Aşıq Bəstinin adının olması heç də təsadüfi deyil. Kəlbəcərin Lev kəndində dünyaya göz açmış Bəsti və digərlərinin yaradıcılıq irsinin araşdırıcılarından birinin də Kəlbəcərdə xa0doğulan, ədəbi və elmi ictimaiyyətdə özünü təsdiq edən Cəmilə Çiçək kimi gənc xa0jurnalist-publisist, pedaqoq, nəhayət, xa0filoloqun olması, ən azı, o yerlərin saza-sözə olan məhəbbətinin tükənməzliyindən soraq verir.
Doğrusu, Kəlbəcər ədəbi mühitinin tədqiqində öz qabiliyyət və vətənpərvərliyi ilə seçilən xa0Cəmilə Çiçəyin (İsbəndiyarova) ədəbi-bədii nümunələrinin toplusuna respublikamızın tanınmış söz adamlarının bir-birindən dəyərli rəy və fikirlərinin yanında bu yazım, olsun ki, zəifdir. Bununla belə, mən Cəmilə Çiçəyin yaradıcılıq və elmi, ədəbi fəaliyyəti barədə indiyə kimi ətraflı söz açmamağı özümə bağışlaya bilmədim.
Cəmilə Çiçək (İsbəndiyarova) Kəlbəcərdə anadan olub. Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Kiçik yaşlarından poeziyaya maraq göstərib. Pedaqoji fəaliyyətlə yanaşı, dövri mətbuatda ədəbi, vətənpərvər ruhlu yazıları, yurd həsrətli şeirləri və elmi-publisistik məqalələr, ilə tanınıb. AYB və AJB-nin üzvüdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm”x9d xa0ali media mükafatı laureatı diplomuna layiq görülüb.
“Ədalət”x9d, “Şərq”x9d, “Respublika”x9d qəzetlərində işləyib, “Kəlbəcər harayı”x9d, xa0“Təhsil”x9d jurnalı, “Ədəbiyyat qəzeti”x9d, “525-ci qəzet”x9d, “Vətən səsi”x9d, “Türküstan”x9d, “İki sahil”x9d və digər tanınmış nüfuzlu qəzet və jurnallarla əməkdaşlıq edib. 2007-ci ildən “Möcüzə yaradan əllər”x9d jurnalının redaktoru, “Milli Zəka”x9d beynəlxalq elmi, ictimai-siyasi, hüquqi jurnalının təsisçisi və baş redaktorudur.xa0
Cəmilə İsbəndiyarova xa0ilk növbədə müəllimədir, pedaqoji fəaliyyətlə də məşğul olur. Onun elmi-mətbu auditoriya ilə paralel olaraq, pedaqoji sahədə də kifayət qədər uğur və nailiyyətləri göz önündədir. Şagirdləri hər il yüksək göstəricilərlə ali məktəblərə qəbul olunur.xa0
Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova haqqında söz açılan xa0dil-ədəbiyyat müəlliminin pedaqoji sahədə də, mətbuatda və elm aləmində xa0olduğu kimi, böyük hörmət və nüfuz qazandığını bildirir: “Kəlbəcərli məktəblilər ilk növbədə dövlətimizin xa0elmə, xa0təhsilə, məktəbə xa0və müəllim-şagird kollektivinə göstərdiyi diqqət və daimi qayğısından bəhrələnirlər. Bunun nəticəsidir ki, son illər məhz Cəmilə İsbəndiyarova kimi öz xa0peşəsinin vurğunu olan, şagirdlərinə dilimizi sevdirən müəllimlərin qayğısı sayəsində xa0məzunlarımızın ali təhsil müəssisələrinə yüksək balla qəbul olunanların sayı artmaqdadır. Nümunə üçün deyə bilərik ki, təkcə Kəlbəcər şəhər 13 â„–-li tam orta məktəbin 7 məzunu xa0(Mehdiyev Orxan Gəncəli oğlu BDU-ya, Hüseynova Fatimə Nurəddin qızı Gəncə Dövlət Aqrar Universitetinə, Əhmədzadə Cavid Cümşüd oğlu Texnologiya Universitetinə) yüksək balla ali təhsil müəssisələrinə qəbul olunublar. Ötən il də belə xa0göstəricilər yüksəl olmuşdur. Məmmədov xa0Novruz Məzahir oğlu İqtisad Universitetinə, Quliyeva Gülnar Mahir qızı Azərbaycan Dövlət Sənaye Universitetinə, Qasımov Elgün Adil oğlu Bakı Avrasiya Universitetinə, Əhmədov Elçin Cahangir oğlu Azərbaycan Texniki Universitetinə, Quliyeva Gülgün Mahir qızı Bakı Humanitar Kollecinə qəbul olunmuşlar”x9d.
Elmira xanım Şükürova elm və təhsil sahəsindəki zəngin xa0təcrübəsinə əsaslanaraq deyir ki, ümumiyyətlə, Kəlbəcər məktəblərində çalışan pedaqoji kollektivlərdə Cəmilə İsbəndiyarova kimi dərs keçdiyi şagirdlərin hərtərəfli inkişafına çalışan xa0müəllimlərimiz az deyil: “Cəmilə İsbəndiyarova məzunu olduğu xa0universiteti bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayandan bu günə kimi fədakarlıq nümunəsi göstərib. O, daim yeniləşən təhsil proqramlarının tələblərinin yerinə yetirilməsində nümunəviliyi ilə seçilib. xa0Təhsil nazirimiz Mikayıl Cabbarovun orta təhsil müəssisələri kollektivləriniun qarşısında duran vəzifələrin daha məsuliyyətli xa0və müqəddəs olduğunu söyləməsi Cəmilə İsbəndiyarova kimi müəllimlərimizin peşə-sənət məhəbbətini bir az da artırıb. Sözün əsl mənasında biz onu əməksevər müəllim kimi görürük. Çünki xa0o, xa0həm əməksevər, vətənpərvər, qayğıkeş, həm də doğma yurdunun həsrətini çəkən, o yerlərin təbiətinin vurğunudur. Şagirdlərində də məhz belə xarakter formalaşdırır. Şagirdləri də onu sevir, dərslərində fəallıq nümayiş etdirirlər”x9d.
Pedaqoji sahədə xa0daim uğurlar qazanan Cəmilə Çiçəyin bir qədər də xa0ədəbi yaradıcılığına nəzər salaq. Onun “Kəlbəcərin saz qalası”x9d (ön sözün müəllifi xalq yazıçısı Anar), “Arı çiçəyə gəlib”x9d (ön sözün müəllifi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov), “Sən dağlardan ayrılmadın”x9d (ön sözün müəllifi akademik Vasim Məmmədəliyev), “Sazımız ağlayır dağlar başında”x9d (elmi redaktoru akademik İsa Həbibbəyli) kitabları ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edir. “Səməd Vurğun”“Aşıq Şəmşir”x9d dastanı adlı (beşinci kitabı, elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu ”“ peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verilir. Bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür. Sayca altıncı kitabı olan “Əyyub və Sənəm dastanı”x9d miniatür kitabı (elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat) da AMEA Folklor İnstitutu Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli qərarı ilə işıq üzü görüb. xa0Əslində, “Əyyub və Sənəm dastanı”x9d yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir.xa0
Cəmilə İsbəndiyarova AMEA Folklor İnstitutunun doktorantıdır. “Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”x9d, “Klassik məhəbbət dastanları və XX əsrdə yaranan müəllifi bəlli olan dastanlar”x9d, “Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”x9d, “Haqq aşiqliyi”x9d, “Yeni yaranan məhəbbət dastanları”x9d, “Obrazlar sistemi”x9d, “Kitabi-Dədə Qorqud”x9d dastanındakı məhəbbət motivləri ilə XX xa0əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili”x9d, “Kitabi-Dədə Qorqud”x9d dastanında qəhrəmancasına elçilik və Azərbaycanın müasir məhəbbət dastanları: oxşar və fərqli cəhətlər”x9d və xarici ölkələrdə rus, ingilis, türk dillərində işıq üzü görmüş bir sıra elmi məqalələrin müəllifi kimi beynəlxalq simpoziumlarda etdiyi dəyərli məruzələrə görə saysız təşəkkür bəlgələri ilə təltif edilib.
Onun elmi təfəkkürü, xa0prinsipləri qavrama və təsdiqetmə bacarığı yüksəkdir. Bütün məqalələr boyu müəllifin elmi-nəzəri hazırlığı, gərgin axtarışları və tədqiqatçılıq qabiliyyəti özünü bariz şəkildə göstərir.
Bütün bu qısa xatırlatmalardan sonra deyək ki, Cəmilə Çiçəyin oxucularına yeni hədiyyə etdiyi növbəti əsəri dastandır. Bəli, dastan. Səhv eləmədim. Doğrudur, xa0publisistikası və poetik lövhələri ilə öz oxucularının görüşünə tez-tez gələn bu xanım qızın son vaxtlar mətbuatdakı fəallığı xa0elmi və ədəbi ictimaiyyətin də diqqətindən kənarda qalmayıb.xa0
Haqqında dəyərli fikirlər yazılmaqda və söylənməkdədir. Elə mən də Cəmilə Çiçəyin ədəbi-bədii yaradıcılığı barədə fikirlərimi gizlətməmişəm. Amma onun barəsində, daha doğrusu, növbəti uğurları haqqında söz açmağı özümə mənəvi borc bildim. Çünki C.Çiçəyin növbəti dəfə oxucularla görüşə gəldiyi miniatür kitabı bir şairin illərdir dillərdə əzbər olan dastanına həsr edilib.xa0
Əyyub-Yaqub qardaşlarının poeziyasını sinədəftər edən Cəmilə Çiçəyin “Əyyub və Sənəm dastanı”x9dnı xa0oxuculara miniatür kitab kimi çatdırması da bunu təsdiqləyir. Dastan məhəbbət mövzusunda oxuduğumuz klassik aşıq ədəbiyyatı nümunəsi olaraq da çox maraqlıdır. Bu dastanı xa0maraqlı edən cəhətlər az deyil. Məsələn, o, Kəlbəcərdə, həm də ötən əsrin 70-80-ci illərində yaradılıb. Kəlbəcərin yaylaqlarını ziyarət etmək üçün, “İstisu”x9d sanatoriyasında istirahətə gəlmiş bir gözələ dastan bağlayan şair Əyyubun yaradıcılıq nümunəsi dillər əzbəri olsa da, aşıqlar onu toylarda, dastan gecələrində xa0sazın müşayiəti ilə xalqa çatdırsalar da, sinələrdən kitab-dəftərə köçürülmürdü. Hətta, bu sətirlərin müəllifi də Kəlbəcər ədəbi mühitini araşdırıb bir neçə almanax və antologiya nəşr etdirsə də, dastan heç bir topluya əlavə edilməmiş qalırdı.
Budur, Əyyub Cabbarovun yaratdığı, həm də real faktlar əsasında dastanlaşdırılan “Əyyub və Sənəm dastanı”x9d oxucuların stolüstü kitabına çevrilib, Cəmilə xanımın vətənpərvərliyinə söykənərək, miniatür kitab kimi... Onu toplamaqla yanaşı, xa0tərtibçi xanım həm də klassik dastan dilinə bələdçiliyini də ortaya qoyub.
Filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayatın dastan haqqında fikirləri olduqca maraqlı və orijinaldır: “Bəlli bir zamanda, xüsusən də sonuncu fakelor hadisəsi tənqid edilmiş, folkloru saxtalaşdıranlar tənqid atəşinə tutulmuşdur. Müstəqillikdən sonra aşıq ədəbiyyatının bir az dəyişməsi, bir az ideologiyadan uzaqlaşması baş verdisə də, artıq klassik aşıq ənənəsi qırıldığı, dastanların böyük əksəriyyətinin icra ortamından çıxdığı müşahidə edildi. Tədqiqatçılar da yeni dastanlar yazmaq cəhdi ilə klassik dastanları yeni ifada diktofona yazıb nəşr etmək yolunu tutdular. Bəziləri isə fakeloru yeni istiqamətdə irəlilətmək üçün aşıq repertuarında dastan kimi icra edilməyən, bəzən də yazılı dastan nümunələrini folkorun prinsipləri əsasında yenidən yazdılar. Cəmilə Çiçək də aşıq şeirləri əsasında dastan yaradan “toplayıcı”x9dlardandır. Daha öncə də o, “Aşıq Şəmşir”“Səməd Vurğun”x9d dastanını iki sənətkarın məktublaşmalarına və şeirlərinə dayanaraq tərtib etmişdi. İdeologiyaya, süni siyasi havaya qulluq etmədiyi üçün bu dastanı və haqqında söhbət açacağımız “Əyyub və Sənəm dastanı”x9dnı mütərəqqi hadisə kimi qəbul etmək olar. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
“Əyyub və Sənəm dastanı”x9d el şairi adı ilə tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının strukturu üzərində işlənərək tərtib edilən bu dastan “Dirili Qurbani”x9d, “Əsli−Kərəm”x9d dastanları kimi nakam eşqə həsr edilmişdir. Bir az da avtobioqrafik səciyyə daşıyan bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın yurd yeri dediyimiz nəsr qismi tərtibçi Cəmilə Çiçəyə məxsusdur. Nakam eşqin səbəbkarı, klassik dastanlarımızdan fərqli olaraq, nə milli, nə dini, nə də sosial fərqdir. “Əyyub və Sənəm dastanı”x9dnın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır və dastanda bu, müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Ana gələcək kürəkəninin boyunu-buxununu, duruşunu, yerişini bəyənmir və qızını qonşunun oğluna qaçırtdırmaqla ölümünə səbəb olur.xa0
Qız qaçırmaq kimi qədim adətin ritual-mifoloji kökü ölüb-dirilmə, yenidən həyata qayıtma, yeni status qazanma olsa da, dastanda bu, müasirliklə bağlanmış, gerilik kimi qələmə verilmişdir. Qızı zorla, istəmədiyi bir adama qaçırtdırmaqla ölümünə bais olma (intihar edərək özünü çaya atmaq) bu mənfi tendensiyanın oxucuda ikrah hissi oyandırmasına səbəb olur. Beləliklə, əski mifoloji motiv yeni məzmunlu vaxtı keçmiş adətə dönüşmüş, ciddi səbəblər üzündən yaranan nakam məhəbbət çox kiçik bir məsələyə bağlanmışdır. Ancaq hər nə olursa-olsun, bir folklor hadisəsi olan bu eşq dastanı müasirliklə səsləşdiyi, dastan yaradıcılığımızın yaşadılmasına xidmət etdiyi üçün qiymətlidir”x9d.

Kitabın dilə gətiriləsi müsbət məziyyətləri barədə ətraflı söz açmağa ehtiyac görmürəm. Cəmilə xanım miniatür kitabını sevimli oxucularının diqqətini cəlb etsin deyə onu xüsusi tərtibatla nəşr etdirib. Bunu da qeyd edim ki, “Əyyub və Sənəm dastanı”x9d yazılı ədəbiyyatla folklorun qovşağında yaranan yeni folklor nümunələrindəndir. Ölçüsü 45x55 mm olan 168 səhifədən ibarət, “Milli Zəka”x9d jurnalının redaksiyasında çap xa0olunan bu kitab formatına görə Ginnesin rekordlar kitabına düşüb. Bu yolda çox böyük əziyyət çəkən dastançı xanıma bundan sonra da uğurlar diləyirik. Bu sətirlərin müəllifi onun həm də xa0elm aləmində və publisistikada nail olduğu uğurlara sevinir və nümunə kimi yeri gəldikcə onun zəhmətsevərliyindən bəhs edir.
Bəli, Cəmilə Çiçək son illər ədəbi-bədii, bu gün isə elmi dünyagörüşünü zənginləşdirən ziyalı xanım kimi cəsarətlə addımlamaqdadır. “Milli Zəka”x9d elmi-publisistik dərgisinin təsisçisi və baş redaktoru kimi də xa0tanınır. Dədə Şəmşir irsinin toplanıb nəşr edilməsində də çoxlarından daha sanballı iş görmək bacarığını ortaya qoyub. Həmin “Kəlbəcərin saz qalası”x9d, “Arı çiçəyə gəlib”x9d, “Sən dağlardan ayrılmadın”x9d, “Sazımız ağlayır dağlar başında”x9d, “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”x9d kitablarından Türk Dünyası Şairləri Federasiyasının (ASKEF) baş ofisinə hədiyyə etməsi də təqdirəlayiqdir.
Bu sətirləri yazarkən aldığım daha bir xoş xəbər fikrimdə və yazımda düzəlişə səbəb oldu: Azərbaycan Yazıçılar Birliyinin sədri, çox hörmətli nasirimiz, xalq yazıçısı Anar müəllim Cəmilə Çiçəyin ədəbi mühitdə əldə etdiyi uğurları və nailiyyətləri dəyərləndirərək onu Prezident təqaüdünə layiq görüb. Bu, adi sevinc deyildi. O gün həm də erməni işğalında olan ərazilərimizin azad edilməsi yolunda ordumuzun atdığı mübarək addım və yağıya verdiyi tutarlı cavab xalqımızda qələbə sevinclərini yaşadırdı. Cəmilə Çiçək isə məhz həmin gün ikiqat sevincini dostları ilə bölüşürdü.
Uğurlar olsun, hörmətli pedaqoq-yazıçı, dəyərli alim bacımız Cəmilə Çiçək! Yaradıcılığınız bax beləcə bahar təravəti ilə daim çiçək açsın...
Məhəmməd NƏRİMANOÄžLU,
yazıçı-puyblisist, ASKEF üzvü, “Qızıl qələm”x9d
və M.Araz ali media mükafatları laureatı



































































































