“Molla Nəsrəddin”x9d jurnalı aprelin 7-də yox, 20-də yaranıb”x9d -TARİX

Hazırda oxunan: “Molla Nəsrəddin”x9d jurnalı aprelin 7-də yox, 20-də yaranıb”x9d -TARİX

130821
Bu gün Azərbaycan maarifçilik və jurnalistika tarixində əsl inqilab yaradan, realist düşüncənin, ictimai təfəkkürün ən güclü nümunəsi olan “Molla Nəsrəddin”x9d jurnalının  yaranmasından 110 il ötür. 

1906-cı ilin bu günündə Mirzə Cəlil Məmmədquluzadənin redaktorluğu ilk sayı işıq üzü görən jurnal çətinliklərə baxmayaraq 25 fəaliyyət göstərə bildi. 

Mətbuat tarixi üzə araşdırmaçı, “Şərq”x9d qəzetinin baş redaktoru Akif Aşırlı Moderator.az saytına açıqlamasında “Molla Nəsrəddin”x9d jurnalı barəsində maraqlı detalları açıqlayıb. O, ilk olaraq jurnalın indiyə qədər sistemsiz araşdırılmasına diqqət çəkib:

“Mirzə Cəlil “Molla Nəsrəddin”x9ddən əvvəl “Novruz”x9d adlı jurnal çap etmək istəyib. Bununla bağlı müraciəti də müsbət qarşılanıb. O dövrün mətbu orqanı olan “Həyat”x9d qəzetində rəsmi dairələrin çapına icazə verdiyi qəzet-jurnallar arasında Novruz”x9dun da adı olub. Amma sonradan hansı səbəbə çap olunmayıb, bu haqda heç nə məlum deyil. Rusların bir satirik jurnalı var idi ki, dövrün ziddiyyətlərini, sosial problemləri çox gözəl əks etdirirdi. Cəlil Məmmədquluzadə də ondan təsirlənərək “Molla Nəsrəddin”x9di yaradıb. Amma bu jurnalın iki əsas sütunu var: biri Mirzə Cəlil, o biri isə Ömər Faiq Nemanzadə. Ömər Faiqin jurnalda Mirzə Cəlil qədər əməyi olub. Hətta başlanğıcda jurnalın təsisçisinin Ömər Faiqin olmasını istəyib. 

“Molla Nəsrəddin”x9d haqqında ümumən demək olar ki, o sistemsiz araşdırılıb. Bildiyimiz kimi üç şəhərdə- Tiflis, Təbriz və Bakıda nəşr olunub. Hər üç şəhərdəki “Molla Nəsrəddin”x9d ayrı-ayrılıqda araşdırılmalıdır. Əvvəlcə Tiflisdə nəşr olunan jurnal sonra müəyyən səbəblərdən Təbrizə köçdü. Təbrizdə 9 nömrəsi çap olundu. Təbrizdə olarkən Nəriman Nərimanov onu müəyyən vədlərlə Bakıya dəvət etdi. Mirzə Cəlil də Bakıya gedib, jurnalı orada çıxarmağa başladı. Amma gördü ki, burada vəziyyət tamam ayrı cürdü. Ondan başqa şey tələb edirdilər:  Yeni qurulan bolşevik hakimiyyətini təbliğ edib, əvəzində SSRİ ilə düşmən olan Avropa dövlətlərini tənqid hədəfinə çevirmək. Mirzə Cəlil o biri iki şəhərdə azad şəkildə yazır və işçilərinin maaşlarını da jurnal satışının hesabına ödəyirdi. Amma burda artıq vəziyyət ciddiləşmişdi. Ona görə də 1920-ci idən sonra Cəlil Məmmədquluzadənin jurnalda iştirakı simvolik xarakterli oldu. Jurnala redaktorluğu ən çox Məmməd Səid Ordubadi edirdi. Əsas məqam budur ki, jurnal çox sistemsiz araşdırılıb. Onun Tiflis, Təbriz və Bakı dövrləri ayrı-ayrılıqda araşdırılmalıdı. Təsəvüvr edin ki, jurnalın sovet dövrünə aid cəmi bir-iki məqalə var. Cəmi bir-iki yazı transleterasiya olundu, onunla da dayandı”x9d. 

Akif Aşırlı daha sonra başqa bir maraqlı detala toxunur. “Molla Nəsrəddin”x9d və Cəlil Məmmədquluzadənin əsas araşdırmaçılarından olan AMEA-nın vitse prezidenti, akademik  İsa  Həbibbəyli bu sətirlərin müəllifinə jurnalın əslində 7 apreldə deyil, 20 aprel tarixində işıq üzü gördüyünü demiş və fikirlərini də belə izah etmişdi:

“Molla Nəsrəddin”x9d jurnalının meydana çıxma tarixini bu cür yazırlar: Tiflis, 7 aprel 1906-cı il. Ona görə də cəmiyyətimiz onu bu gün qeyd edir. Amma XX əsrin əvvəllərində tarixlərin üzərinə 13 gün də gəlmək lazımdır. Çünki 1917-ci il inqilabından sonra hökumət köhnə stillə il hesablamanı 1 iyulda çıxardığı qərara əsasən dəyişdi və həmin 13 gün ləğv edildi. Belə olan halda tarixin 7 aprel yazılmasına baxmayaraq üzərinə 13 gələndə yəni, yeni miladi tarixə çevirəndə “Molla Nəsrəddin”x9din yaranma günü 20 aprelə təsadüf edir. Biz Naxçıvanda 10 il dalbadal 20 apreldən başlayaraq Cəlil Məmmədquluzadə günləri qeyd edirdik. Amma bu da yaxşı haldır. Elə qoy iki tarixdə  keçirilsin. Amma dəqiq bilinməsi üçün qeyd etməliyik ki, “Molla Nəsrəddin”x9din doğum tarixi, fikrimcə, 20 apreldir“.

“Şərq”x9d qəzətinin baş redaktoru Akif Aşırlı da bu məsələdə İsa Həbibbəyli ilə tam razı olduğunu qeyd edir:

"Bu gün martın 31-də ildönümü olan 1918-ci ilin mart soyqırımı köhnə təqvimlə mart ayının 18-də başlayıb. Amma biz yeni təqvimlə soyqırımını martın 31-də olduğunu bilirik. Arada 13 gün fərq var.  Bu mənada mən İsa müəllimlə tamamilə razıyam. “Açıq söz”x9d qəzeti də mart soyqırımından bir gün əvvəl, yəni martın 17-də son sayını buraxıb. 

Mart soyqırımı yeni təqvimlə keçirilir, amma “Molla Nəsrəddin”x9d jurnalının yaranma tarixi köhnə təqvimlə aprelin 7-də qeyd olunur. 7-nin üzərinə 13 gəlsək, əslində jurnaln yaranma tarixinin aprelin 20-də olduğunu görərik”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin