Dərindən bir köks ötürüb, sevinəydi Qarabağ da...

Hazırda oxunan: Dərindən bir köks ötürüb, sevinəydi Qarabağ da...

130306















Nə olaydı, sabah Günəş,
Başqa səmtdən doğaydı...
Yurdumun hər qarışına,
Narın yağış yağaydı...

Görəydik düşmən tankları,
Çoxdan pas atıb, xarranıb...
Ermənilər millət kimi,
Suya dönüb buxarranıb...

Gəlməyəydi heç bir yerdən,
Ölüm saçan silah səsi...
Yayılaydı bu dağlara,
Tək "Qarabağ şikəstəsi"...

Yamaclarda mələşəydi,
Ceyran, cüyür, qoyun, quzu,
Hər bir kənddə min bərəkət,
Hər bir evdə bolluq, ruzu...

Dərindən bir köks ötürüb,
Sevinəydi Qarabağ da...
Yaşayaydıq biz şad - xürrəm,
Ermənisiz Qarabağda!..

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin