Çingiz Aytmatov Hüseynbala Mirələmova görə nə xahiş edib?

Hazırda oxunan: Çingiz Aytmatov Hüseynbala Mirələmova görə nə xahiş edib?

129645
Moderator.az xa0“Yada düşər xatirələr”x9d layihəsində yazıçı, deputat Hüseynbala Mirələmovun xa0dünyanın nəhəng yazıçılarından olan Çingiz Aytmatov barəsindəki xatirələrini təqdim edir. Xatirələrdə H. Mirələmov bir neçə maraqlı detala toxunur. Yazıçının sözlərinə görə, xa0Çingiz Aytmatov onun Qarabağ mövzusunda yazdığı “Xəcalət”x9d povestini çox bəyənib və onun tərcüməsini qırğız yazıçılarından xahiş edib.

“Çingiz Aytmatovla ilk görüşüm Brüsseldə Qırğızıstan səfirliyində olmuşdu. Dağ cüssəli, peyğəmbər simalı müdrik ədəbiyyat ağaqqalı məni səmimiyyətlə, Asiya xalqlarına məxsus qonaqpərvərliklə qəbul etdi. Həyat yoldaşı ilə bərabər şam süfrəsində onu Azərbaycanla bağlayan tellərdən danışdı. Mənim Qarabağ müharibəsindən bəhs edən “Xəcalət”x9d povestimi oxuduğunu və qırğız dilinə tərcümə olunmasını qırğız yazıçılarına tövsiyyə etdiyini bildirdi. Həmçinin özünün də bir əsərini Azərbaycan dilinə çevirilməsini çox istədiyini bildirdi. xa0Ustadın son istəyini nə yaxşı ki, yerinə yetirə bildim. Onun bir əsərini Səyavuş Məmmədzadənin tərcüməsində “Ədəbiyyat”x9d qəzetində çap etdirdim”x9d.


Hüseynbala Mirələmov başqa maraqlı detalı da xatırlayır: məşhur qırğız yazıçı yeni yazdığı romanı dəyərləndirmək üçün ilk olaraq Hüseynbala Mirələmova göstərib. Hüseynbala Mirələmov da ilkin variantla bağlı xa0öz irad və təkliflərini bildirəndən sonra Çingiz Aytmatov əsəri davam etdirir:

“Bakıdan mənimlə gedən jurnalist Əli Mahmudun ondan aldığı müsahibənin sonucunda böyük ustadın mənim barəmdə dediklərini xatırlayıram: “Dostluqda dəqiq, sözübütöv adamam. Bu mənada Hüseynbala ilə oxşarlığımız çoxdu. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda ortaq məxrəcə gələ bilirik. Yeni yazdığım romanı tamamlamışam. İlk variantını Hüseynbala oxumuşdu, iradlarını, təkliflərini demişdi. İndi 300 səhifəlik sonuncu variantını bu gün verəcəyəm ki, səbirlə gözdən keçirsin. İnanıram ki, boyun qaçırmayacaq”x9d.

Elmin Nuri

Qeyd: Bu xatirələri Hüseynbala Mirələmov Çingiz Aytmatov dünyasını dəyişən zaman ona həsr olunan vida yazısında xa0əks etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin