“Sabir “Oxutmuram əl çəkin”x9di öz atasına həsr etmişdi”x9d

Hazırda oxunan: “Sabir “Oxutmuram əl çəkin”x9di öz atasına həsr etmişdi”x9d

125954
Moderator.az saytı “Azərbaycan sovet ədəbiyyatşünaslığının yarısı”x9d sayılan professor Əziz Mirəhmədovun 1958-ci ildə işıq üzü görən “Sabir”x9dmonoqrafiyasından iki maraqlı detalı təqdim edir.

Birinci maraqlı detal az qala yaşı 60-a çatan kitabda Sabirin təqdimatı ilə bağlıdır. Təbii ki, dövrün tələbi burada öz işini görür və şair bolşevik sevdalısı kimi göstərilir:

“Sabir bolşeviklər partiyasının başçılığı ilə Azərbaycan zəhmətkeşlərinin köhnə dünya əleyhinə qəti vuruşa başladığı dövrün şairi idi. Birinci rus inqilabı dövründə və irtica illərində o, proletar işinə xidmət edən bir sənətkar kimi şöhrət qazanmışdı.

Böyük ideallar naminə yazıb-yaradan Sabir xalqın düşmənlərinə qarşı, mülkədar-kapitalist münasibətlərinə qarşı, millətçiliyə qarşı mabarizə aparırdı.

Kommunizmin zirvələrinə doğru irəliləyən klassik irsin həqiqi varisi olan sovet adamları üçün Sabir məhz bu şərəfli mübarizəsinə görə əzizdir”x9d.

İkinci detala varanda məlum olur ki, Sabirin məşhur “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”x9d misraları ilə başlayan satirası əslində öz atasına həsr edilibmiş:

“Bir gün onunla atası arasında fikir ayrılığı əmələ gəlir. xa014-15 yaşında olan, şairliyə meyl edən istedadlı və zəkalı gənc ona çörək və paltar verən doğma atası ilə yazıb-yaratmaq üstündə sözləşməli olur. Onu bir yandan məktəb, elm, xa0şeir öz tərəfinə çəkirdi, o biri yandan da avam atası, dükan, alver...

Atası istədiyini edir. O, ikincisini seçməli olur. Sabirin 1910-cu ildə yazdığı “Oxutmuram, əl çəkin”x9d satirasının əsas gülüş hədəfi əslində atasıdır. Satiranı aftobioqrafik əsər adlandırmaq olar. Uşaqlıqda şairin atası ilə özü arasında baş vermiş bu hadisəni bədii ümumiləşdirmə yolu ilə ərsəyə gətirir”x9d.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin