Ağ Hunam, Oğuzam, əski Türkəm mən

Hazırda oxunan: Ağ Hunam, Oğuzam, əski Türkəm mən

125453




















Dostum Ramin Dəryaya ithaf

 

Salam olsun mənim şair dostuma

Eşitmisən, dünya durub qəsdimə

Ey Türk oglu düşməninə bəs demə

Zənn etmə ki, kafirlərdən hürkəm mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Allahdan aldığım ilhamla, güclə

Gahdan Iç Ox Uzla, gah Dış Ox Uzla

Sivri qalxan ilə, əyri qılıncla

Yağıya qəddaram ona görkəm mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Tarixin yükünü çəkməz dəvələr

Ey qoç babalardan miras nəvələr

Kafirlər tarixdə görmüşlər nələr

Yenə də görsünlər səsi ötkəm mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Tarixə adını yazmış və yazır

Qılıncla düşmənin məzarın qazır

Şəhadət şərbətin içməyə hazır

Bil nə sonuncuyam, nə də ilkəm mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Ilk məskən sayılır Ana Ötükən

Tarixi imzayla,“Böyük Köç,, edən

Otuz min çinliylə təkcə cəng edən

O türk əskəriyəm qolu bərkəm mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Dövlətlər qurmuşuq vaxtla, zamanla

Sən ey cahil bəndə gəl bunu anla

Tarixlər yazmışıq qılıncla, qanla

Cografi məkanım, elim, bölgəm, mən

Ağ Hunam , Oğuzam, əski Türkəm mən ,,

 

“Tanrının qırmancı,, Atilla hanı

Ey çaqqal sürüsü əslimi tanı

Qorxutmaz bizləri döyüş meydanı

Tarixən vüqarlı, başı dikəm mən

Ağ Hunam , Oğuzam, əski Türkəm mən

 

Eyməz Zülfüqarı qanlar, qadalar

Döyüş meydanında ölər ad alar

Düşmənin başına yanar od olar

Gərilmiş əsəbim, övkəm, hikkəm , mən

Ağ Hunam, Oğuzam, əski Türkəm mən

 

Fərid Abışov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin