Moderator.az şair Emin Pirinin şeirlərini təqdim edir.xa0
H2O
Payız...
Xəzan pıçıldayır
ağacın qulaqlarına:
“Gözlə məni yazacan”x9d.
Sən də gözlə məni,
bir başqa qadından doyanacan...
Barmaqlarım tellərində yellənər,
yelləncəkdə yellənən
dəcəl uşaqlar kimi.
Sinəndəki cüt göyərçin
qonar dodaqlarımaxa0
ağzımda dən varmış kimi.
Hələ,
məktəb illəri...
kimya dərsində
quruyardı boğazımxa0
baxışlarım tutanda xa0
çəhrayı dodaqlarını.
Əllərindənxa0
bir ovuc su istəyənxa0
ürəyimi oxuyardın.
Və...
Lövhəyə iri hərflərlə yazardın:
H2O...
Bu gecə yuxum gəlmədi...
Yuxum gəlmir,
barı sən gəl...
Amma barmağında bəxtin saralır,
Indi ki payız deyil.
Ölçüləri kiçildilmiş xəritədə
şəhərlərimiz əllərindənxa0
daha yaxındı mənə.
Dayan...
Baxım görüm döyən kimdi
ürəyim yaman döyünür.
Xoş gəlirxa0
bu gələnxa0
sənsizliyə oxşayır...
Sənə demişdim də...
Sənsizlik
“Sən”x9d xa0“Siz”x9d olanda başlayır...
Nə qədər, neçəsən?!
Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Sevəm
Ürəyi şüşə qabda yox
Elə səndə olan divəm.
Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.
Qırmızı şərab kimi
Ölümcül dodaqların,
içkiyə tövbəliyəm
mən yazıq yenə.
Səni qucaqlamaqdı
Kəbədə dövrəm.
əynində dodaqlarımın
qarışqa yerişləri,
yer altında metro kimi
dərd altından barmaqlarımın
“stansiya”x9d gedişləri...
hesablaya bildinmi,
bu gediş-gəlişləri?!
Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.
Sağımda sən,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Solumda sən.
De, nə qədərsən,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən?
Babamın əlləri
Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?xa0
Pul, tapanındı”x9d
oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıqxa0
qəpikləri hansı əlində gizlətdiyini.
görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini...
Qonşumun əzabı
Müharibə əlili qonşum
danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
DƏN
xa0“Sülh göyərçinləri”x9dxa0
adlandıran da olduxa0
səmamızda nərildəyən uçaqları.
Ancaq bu “göyərçinlər”x9dxa0
Buğdaya gələnə oxşamırdı heç,
Özləri göydən dən tökübxa0
dənləyirdixa0
sünbül-sünbül uşaqları....xa0
Dodaqların fevral dadır
Daha fevral dadır bahar nəfəsin...
Qar dənələrixa0
aydınca xa0“ayrılıq”x9d yazıbxa0
asıb saçından...xa0
Bir bəhanə tapıb ,
deyim ayrılaq?!..xa0
Bəlkə, gizlənqaç oynayaq
zəlzələ sonrakı dağılmış xatirələrinxa0
altında qalan yağışı palçıqlı
gəncliyin adsız küçəsində.
Yum gözlərini...xa0
qaçıb
sənin adına qurduğum
labirintdən
başqa qadında gizlənim.
Və gözlərini..
AÇ...MA!
Dərdini ağacdan as
Sənə atdığım subaylıq daşı
gör neçə qızın
başını yardı...
Bilmirəm,
bu daş harana dəydi,
nəyini əzdi?!
Atanxa0
aramıza bir üzük atdı,
üzük illərimi əzdi.xa0
Eşitdim tufandı hər səhər-axşam,xa0
eşitdim dərdimdən yaman xəstəsən.
Kimsə sənə desə dərdini çəkim
Inanma-
dərd nəm deyil,xa0
ürək duz.
Amma, bu küləkdəxa0
apar dərdinixa0
mənə oxşayan o çəlimsizxa0
ağacın boynundan as.
Dərdin ağırdısa xa0
o ağacı da külək aparmaz.
Şaxta babanın burnu
Dərdin acığınaxa0
gedək
kimisə sevindirək...
Şaxta baba qurduqxa0
həyətdə qardan.
Əlindən gələni elədi hər kəsxa0
kimisi can verdi,
kimisi nəfəs.
mən də yerkökündən burun düzəltdim.
Ancaq doyunca baxıb
Sevinə bilmədik yapdığımıza...
Geyimi kimi
yaşlı bir qadınxa0
yaxınlaşıb fağır-fağır:
olar, xa0
bu yerkökünüxa0
nəvəmə aparım...
Safdı günahkar
Sən niyə burda doğuldun,
bəlkə
Allahdı günahkar.
Bəlkə də atan, anandı
ya elə şahdı günahkar?!
Heç ölmədin acından da,
Çəkinmədin tacından da.
bax e,xa0
dar ağacından da
ucadı şaxdı-günahkar!
Təmiz qara geyərsiniz,
başınızı əyərsiniz,
içinizə deyərsiniz:
“Gör necə!
Safdı günahkar!”x9d
Puşkinlə Yesenin arasında
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
“Saxla”x9d işarəsin verir polislər,
Yenə düz keçməyib küçəni külək?!
Cibindən saralmış yarpaqlar çıxır,
Çəkir qorxusundan içini külək.
Içinə çəkilib, yığılıb sular
Day hava udmaq da havayı deyil.
Deşilib gedibdi dənizin dibi,
Üzün dimdikləyən qağayı deyil!
Hələ də arzular dumana düşüb
Yenə də ümidlər bir yol axtarır.
Bu tənha adamlar, bu tək adamlar
Qoluna girməyə bir qol axtarır.
Yolları palçığa batmış o kəndin
Baca tüstüsünə isinir bulud.
Təndirdə küt gedib bir kündə sevgi,-
Bir azdan başlayar işini bulud.
Ağappaq qovaqlar hayandan çıxdı,
Adamı heç nədən dəli eləyir.
Kəsilən günləri üst-üstə gəlsək,
Ömrümün neçənci ili eləyir?!
QARA SEVİNC
Mavi ekranda
Afrika çocuqlarıxa0
futbol oynayır.-
doldurubxa0
BMT-dən yardım göndərilən
prezervativ şarları.
Üzlərində,
gözlərində sevinc. xa0
Xoşbəxtlik budu, Tanrım?!
Elə bil alın yazısının doqquzluğuna
vururlar qolların.xa0































































































