Erməni yazıçısı romanında hansı məşhur azərbaycanlıların adını çəkdi?

Hazırda oxunan: Erməni yazıçısı romanında hansı məşhur azərbaycanlıların adını çəkdi?

123427
Hazırda xa0Rusiyada yaşayan, uzun müddət Azərbaycan Yazıçılar Birliyinin xa0üzvü olmuş Levon Adyan adlı erməni yazıçı xa0proza.ru ədəbiyyat portalında “Uzaqlaşan sahil”x9d adlı yeni romanını çap etdirib. Bakı, Sumqayıt hadisələrindən bəhs edən romanda erməni məkri yenə də öz sözünü deyib. xa0Lakin vaxtilə Azərbaycan ədəbi cameəsi ilə yaxın, dost münasibətində olan Levon Adyanın yeni romanında bizim üçün ən maraqlı detal xa04 Azərbaycan xa0yazıçısının və 8 azərbaycanlı qadının adını çəkərək onları xoş xatirələrlə yad etməsi olub. O, xa0indiki şəraitdə belə həmin yazıçılara görə canını verməyə hazır olduğunu qeyd edib. Adyanın adını çəkdiyi həmin 4 yazıçıdan biri Seyran Səxavət Moderator.az saytına verdiyi eksklüziv açıqlamasında romanla tanış olduğunu və məkrlə yazıldığını qeyd edib:

“Əslən Ağdərədən olan Levon Adyan “Krakan Azərbaycan”x9d jurnalında nəsr şöbəsinin müdiri idi. Vaqif küçəsində yaşıyırdı, Yazıçılar İttifaqından ona ev də vermişdilər. Onunla dost münasibətimiz olub. Mənim bir povestimi erməni dilinə tərcümə edib, mən də onun bir povestini öz dilimizə çevirmişəm. Povest Yusif Səmədoğlunun razılığı ilə “Ulduz”x9d jurnalında çap olunub. xa0Məlum hadisələrdən sonra o da buranı tərk etdi. İndi səhv etmirəmsıə Sankt-Peterburqada yaşayır. Onun bu yaxınlarda Rusiyanın proza.ru adlı ədəbiyyat portalında rus dilində romanı çap olundu. Yaradıcılığımı izləyən xa0qardaşım oğlu zəng vurub dedi ki, belə bir şey var, başlığa da səninlə bağlı nəsə çıxarıb.xa0

Oxudum. Bakı, Sumqayıt hadisələrindən danışılır. İstedadla yazılmışdı, amma bir xa0hamımızın bildiyi erməni istedadı idi. Yəni məkrli və birtərəfli. Mən onda heç zaman bunu hiss etməmişdim. Çünki onunla dostluq xa0münasibətimiz olub, çox oturub durmuşuq. Əsərdə 4 Azərbaycan yazıçısının ”“ Natiq Rəsulzadə, Seyran Səxavət, Səyavuş Məmmədzadə, Abbas Abdulla, eləcə də vaxtilə erməni ailələrini ölümdən xilas edən 8 azərbaycanlı qadın haqqında xoş sözlər yazıb. Əsər ümumilikdə məkrlə dolu olsa da yalnız bu hissəsində yazıçılar və qadınlar haqqında xoş sözlər deyilib. Yazıb ki, hətta indiki şəraitdə onlar nə desələr mən canımı da verməyə hazıram. Təxminən bu cür tərcümə oluna bilər. Əsərdə yeganə işıq budur. Yerdə qalan hamısı məkrdi.xa0

Hətta bir erməni lətifəsini də misal gətirib. Bir erməni balıq tutan zaman qarmağa gümüş balıq düşür. Deyir ki, məni yemə sənin üç arzunu yerinə yetirəcəyəm. O da deyir ki, üç arzu lazım deyil, bircə arzum var: dənizdən dənizdə erməni dövləti. Balıq götür-qoy edəndən sonra deyir, yox, bu çox çətin məsələdi. Əgər sənin qızın varsa mən onların çox yaxşı yerə ərə getməsinə kömək edərəm. Bir az fasilə yaranır. Axırda balıq deyir ki, yox, nə qədər çalışdımsa sənin qızlarını ərə verə bilmədim, sən o xəritəni ver görüm bir şey edə bilirəm ya yox. Yəni, bununla o dənizdən dənizə erməni iddiasını da üstüörtülü şəkildə yazıb.xa0
Tarixi torpaqlarla bağlı nə yazıbsa hamısı məkrlə doludur”x9d.xa0
Seyran Səxavət sonda məkrlə yazılan bu romana Azərbaycan ədəbiyyatşünaslarının xüsusi diqqət etmələrinin və lazımı reaksiya vermələrinin vacibliyini qeyd edib.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin