Qəfil öldün, məni saldın oda sən...

Hazırda oxunan: Qəfil öldün, məni saldın oda sən...

122329








Moderator.az Yaralı Bəxtiyarın şeirlərini təqdim edir. xa0

QOŞMA

Yamanca artıbdı məsləhət verən
Bilmirsən özgə nə işə baxırlar
Lap xoşa gəlsən də guya uşaqsan
Bunlar da qırmızı beşə baxırlar

Ölkə batıb- getsin deyil vecinə
Beşi birə dəyməz, onu üçünə
Bələd olmaq yoxdu başın içinə
Eləcə əyinə- başa baxırlar

Baxmaz bir kitabda bir səhifəyə
Amma ki yer cırar mən ha mən deyə
Böyüklük deyəndə bir vəzifəyə
Bir də təvəllüdə, yaşa baxırlar

Kül oldun Bəxtiyar, daha yanmazsan
Guya bunlar qanan, sən də qanmazsan
Ölsən də yaxanı qurtarammazsan
Onda da məzara, daşa baxırlar.


QOŞMA

Tanıya bilmirik haqq deyilənixa0
Nə bir manşırı var, nə ənəyi var
Ədalət mələyi polisdən betərxa0
Tərəzi yerinə dəyənəyi varxa0

Hamı bu quyuda şən təki olduxa0
Sonu “tülkü, tülkü, tünbəki“ olduxa0
Azadlıq bir büküm tənbəki olduxa0
Onun da o qədər nəxənəyi var

xa0Dərd oldu sinədə beçə ki qardaş,xa0
Çoxdan qarışmışıq heçə ki qardaşxa0
Var o haqq- ədalət, necə ki qardaşxa0
Mirzə Babayevin kəpənəyi varxa0

Bəxtiyar, çoxumuz sağ deyil bizimxa0
Demə dövran deyil, çağ deyil bizimxa0
Küldü, başımızda qoğ deyil bizim
xa0Alma o şampunu, nə köməyi var?

MƏNDƏN UZAQ OLSUN

Məndən uzaq olsun görməmiş, nadan
Yanıma birisin qoyası döyəm
Məni ağırlıqda qızılı ola
Məni saymayanı sayası döyəm

Əvə yeri xa0etdi qəmlər qoynumu
Yüz qom gül bağlana, açmaz eynimi
Haq yanında qıldan nazik boynumu
Hər boynuyoğuna əyəsi döyəm

Haq nədi nahaq nə, deyəsi oldum
Hər otu, çiçəyi duyası oldum
Mən də öz sözümün yiyəsi oldum
Özgə malın, mülkün yiyəsi döyəm

Yaralı Bəxtiyar Əskiparalı
Qaraca telləri geri daralı
Ömür xa0keçib gedir xa0ağlı, qaralı
Vaxt qızıl kimidi- qıyası döyəm

GƏRAYLI

Belə gəldi mənimki də
Qəm başıma tez yığılırxa0
Nə gedənim gələsidixa0
Nə yollardan göz yığılır
-
Babat günlər yazıda yoxxa0
Bərbad günə pozu da yoxxa0
Haqqın izi- tozu da yox
xa0Kitabıma toz yığılır
-
Tanıram dərdi tanıramxa0
Bir az halınnan qanıramxa0
Özüm içimdən yanıramxa0
Su boruma buz yığılır
-
Daş yağaydı doğulanda
Batan da mən boğulan da
Gözümə su yığılanda
Ürəyimə köz yığılır
-
Gəz Bəxtiyar, düzü, yoxduxa0
Yollar yoxuş, düzü yoxduxa0
Çörəyimin duzu yoxduxa0
Kürəyimə duz yığılır

NARIN ÜZ

(Ələsgərə nəzirə)

Manat, sən ki düşdün bangın bəhrinə
Narın çalxan, narın silkin, narın üz
Kim səni bangına mehman eyləyər
O Avropa oyunların narın üz

Çökdürübsən qəsr eyvan, oda sən
O dolların, o bazarın, o da sən
Qəfil öldün, məni saldın oda sən
İnsaf eylə gəl könlümün narın üz

Bankir olan sözün deməz tərsinə
Sənə qəbir qazan getsin tər sinə
Nə qazanır, qabar əllər , tər sinə
Bircə gündə qırışıbdı narın üz

Nə məmurum doyur, nə QAİm, ağa
Yuyar qəssal qəddin bükər qaim ağa
O dünyada bal qatarıq qaymağa
Onlardan da şirin olar narın üz

Gətirdin rəngimə sarı, dur gedək
Bu xəstə könlümü sarı, dur gedək
Bəxtiyaram, banga sarı dur gedək
Bir manatı eyləyibsən Narın, üz

QORX

Sözünü deyəndən qorxun olmasın
Sən o kirpi kimi mısanlardan qorx
Susmaq lazımdısa çərənləyəndən
Dinmək lazımdısa susanlardan qorx

Qorxma bu dünyanı cilovlayandan
Dəryada nəhəngi tilovlayandan
Qorxma aslan pusub fil ovlayandan
Adamı it kimi pusanlardan qorx

Küt alət kimidi beyini kütlər
Adama bir dəysə ikiyə qatlar
Səni qorxutmasın əzazil itlər
Qorxub quyruğunu qısanlardan qorx

Qorxma orda- burda yol kəsənlərdən
Saxta yollar ilə pul kəsənlərdən
Qorxma başlar kəsib qol kəsənlərdən
Arxanca o asıb- kəsənlərdən qorx

Bəxtiyar, nahaqmış haq sandıqların
Töküldü pambığı çox sandıqların
Güvənib arxanda dağ sandıqların,
Halbuki, hər yelə əsənlərdən qorx.xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin