Moderator.az saytı “Yada düşər xatirələr”x9d layihəsindən növbəti yazını təqdim edir. Şair, professor Vüqar Əhməd Moderator.az saytına verdiyi müsahibəsində maraqlı bir xatirə danışıb. İlk dəfə olaraq səsləndirilən xatirədə 1990-cı illərin əvvəllərindəki Azərbaycan ziyalısının həyatı və onun çətinlikləri əks olunub:
“Nəbi Xəzri o zaman "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin sədri idi. Mən əvvəlcə oranın tərkibindəki radioda şöbə müdiri kimi çalışdım. Daha sonra isə “Novruz”x9d qəzetinin baş redaktoru oldum. Hər dəfə də iclas keçiriləndə Nəbi müəllim cəmiyyətin tərkibindəki başqa şöbələrin, qurumların rəhbərləri qarşısında məni danlayırdı. Məsələn, orada “Azərbaycan dünyası”x9d nəşriyyatının müdiri, radionun rəhbərləri, şöbə müdirləri olurdu. Amma hər dəfə də Nəbi müəllim onları tərfiləyib, məni danlayırdı. Həmin adamlar Nəbi müəlliminə mədhlər söyləyirdilər. Adlarını çəkmək istəmirəm, biri deyirdi ki, “kölgənə qurban, ay, böyük kişi”x9d, biri ona peyğəmbər deyirdi. Mən də cavan idim, elə şeyləri götürə bilmirdim. Amma Nəbi müəllim də hər dəfə onları deyil, məni danlayırdı. Bir dəfə də köməçkisi olan bir xanıma dedim ki, ərizəmi yazıb işdən çıxmaq istəyirəm. Hər dəfə də Nəbi müəllim ancaq məni danlayır. Mənə dedi ki, o, sən də onu təriflə. Məsələn, qalstuku çox sevir. De ki, bu qalstuk sizə çox gözəl yaraşır.
Nəbi müəllimin qalstukbaz olduğunu bilirdim. Bir dəfə “Azərbaycan dünyası”x9d nəşriyyatında Çingiz Abdullayevin bir əsərini çap etmək istəyirdik. Nəbi müəllim nəşriyyatın baş redaktoru kimi məni də çağırdı. Çingiz Abdullayevə dedi ki, sənin nə yaxşı qalstukun var. Çingiz müəllim də rus dilli adam, birdən qayıtdı dedi ki, hə bunu Nyu-Yorkdan almışam, min dollara. “Dollar”x9d sözü elə vurğu ilə deyidli ki, Nəbi müəllimin rəngi ağardı. Çünki yadıma gəlir o zaman Günəşlidə ikiotaqlı evi 250-300 dollara almaq olardı. Hətta mənim elə şansım da var idi. 50 dollar tapa bilmədiyim üçün ev ala bilmədim. Cəmi 400 manat maaş alırdıq. O da iki kilo ətə çatırdı, ya çatmırdı.
Nə isə bir gün gördüm ki, Nəbi müəllim də təzə qalstuk taxıb. İclasa az qalmıdşı. Yaxınlaşıb dedim ki, Nəbi müəllim sizin nə gözəl qalstukunuz var. Uşaq kimi idi. Çox sevindi. İclas başlayan kimi də ancaq məni təriflədi. Bu əslində mənfi detal deyil. O şair adam kimi çox saf və uşaq kimi idi. Adi qalstukuna yaxşı dedinsə elə bil dünyanı ona bağışladın. İclasda mənə dedi ki, qəzetin işini bəyənirəm, sənin üçün əlavə 10 ştat açıram. Lazım bildiklərini dəvət et və işlə. Çox sevindim. O qədər işsiz gənclər var idi ki! Düşündüm ki, olmayan yerdə 400 manat da puldu. Bir ”“ikisinə xəbər də elədim. Amma axşam Nəbi müəllim mənə zəng vurub dedi ki, Vüqar, alınmadı. Baş nazir dedi ki, pulumuz yoxdu, qəzeti bağlayırıq”x9d.
Elmin NURİ



































































































