"Hər gün öləcəyimi düşünürəm"

Hazırda oxunan: "Hər gün öləcəyimi düşünürəm"

120863
Moderator.az-ın suallarını yazıçı Aysel Əlizadə cavablandırır.

- Sizin üçün Aysel Əlizadə kimdir?

- Ruh.

- Aysel adının mənası “Ay işığının seli, ay seli”x9d deməkdir, bu sözlərdə varsınızmı?

- Ayda bilmirəm, işıqda varam.

- Sizin uğur düsturunuz nədir?

- Azadlıq+azadlıq-azadlıq:azadlıq vur azadlıq

- “Qızıl orta", "hər şey və ya heç nə”x9d prinsiplərindən hansını seçirsiniz?

- Elə situasiya var ki, orada mənə heç nə lazım deyil, eləsi xa0var ki, hər şey lazımdır. Elə də olur ki, qızıl orta ən doğrusudur.

- Sizcə təsadüflər zərurətdən doğur?

- Məncə, təsadüflərin elə özündədir məna. İnsan zərurəti çox böyüdür. Təsadüfü kiçildir. Vurğu həmişə zərurətə vurulur. Ancaq təsadüf özü mahiyyətcə kiçik proses və anlayış deyil.

- Həyat məktəbi xa0sizə hansı dərsləri keçib?
xa0
- Özünü öyrədib.

- “Hər şərdə bir xeyir var”x9d fikri ilə razısınızmı?

- Çox şərdə xa0xeyir var. Hər şərdə yox.

- “İt hürər, karvan keçər”x9d prinsipinə riayət edirsinizmi?

- Bu qədər kobud yox, ancaq artıq səslərə qulaq vermirəm.xa0

- Sonrakı peşimançılıqda fayda varmı?

- Var. Təkrarlamamaq.

- Sizcə, susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

- Hər üçü olur. Situasiyadan asılıdır. Bəzən yüngül saqqal olmamaq üçün susursan. Bəzən danışmağa həvəsin olmayanda. Bəzən anlamsız olduğunu biləndə. Bəzən günahkar olanda. Cəsarətsizlikdən, qorxaqlıqdan da, susanlar olur.

- Sizin üçün ən uğurlu sərmayə nədir?

- İntellekt.

- Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

- Hər gün öləcəyimi düşünürəm və heç nə etmirəm.

- Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istərdiniz və niyə məhz o zaman və məkan?

- Sokratı görmək üçün eramızdan əvvələ xa0getmək istərdim. Niyəsi bəllidir.

- Əsl dost ”“xoş günün dostudur, ya dar günün?

- Əsl dost gərəkli məqamda səninlə bağlı doğru qərar verəndir.

- Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq”¦ Başqa bir yaradıcı istedadınız varmı?

- Televiziya sahəsini yaxşı bilirəm. Aparıcılıq, rejissorluq, ifaçılıq, rəqs, poeziya, tərcümə, azca piano bacarığım var.

- Tənqidə münasibətinizi bilmək olarmı?

- Professional tənqidə çox açığam. Hətta acam.

- Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

- Nə sevirəm, nə qaçıram. Qarşıma çıxan hər şeyi yaşayıram.

- Özünüzü yaxşı tanıyırsınız? Dost və düşmən olan cəhətləriniz hansılardır?

- Dost cəhətim sevəncan olmağımdır. Buna görə də yaxşı dostlarım var. Sevilirəm. Düşmən cəhətim xoşgörülü ola bilməməyimdir. Aşırı təklik hissimdir.

- Sizcə, yazılarınızın qəhrəmanları yerinizdə olmaq istərdilərmi? Özünüz necə, yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?

- Hara çevirsən bir az onlar mənəm, bir az mən onlar.xa0

- Gənclərə nə tövsiyyə edirsiz?

- Tövsiyələrə qulaq asmasınlar. Azadlıq üstəgəl azadlıq çıx azadlıq vur azadlıq böl azadlıq bərabərdi azadlıq”¦

xa0

Söhbətləşdi: Günel Fərhadqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin