Sənin kim olduğunu arvadın bilməmişdi...

Hazırda oxunan: Sənin kim olduğunu arvadın bilməmişdi...

120410
Mən bir sevgi şairiydim...
Niyə məni devirdiniz?
Gecə - gündüz nalə çəkən,
Bir şairə çevirdiniz...

Mən bir sevgi şairiydim...
Niyə məni döndərdiniz?
Ruhu xəstədir, söyləyib,
Həkimlərə göndərdiniz...

Mən bir sevgi şairiydim...
Niyə məni öldürdünüz?
Mən heç, məzlum camaatı,
Özünüzə güldürdünüz...

Mən bir sevgi şairiydim...
Niyə üzdüz ümidimi?
İlhamımı söndürdünüz...
Mükafatım bu idimi?..
 

***
 

Demə səndən qorxuram,
Söyləmə bu nə işdi...
Mən səfərə çıxıram,
Yolum yoxuş, enişdi...

Bir tələ qurduğunu,
Evini yardığını,
Sənin kim olduğunu,
Arvadın bilməmişdi...

Qəlbsizi, amansızı,
Dinsizi, imansızı,
Tarix səntək qansızı,
Heç zaman görməmişdi...

El köçüb, sən yatmısan,
Min günaha batmısan,
Deyəsən, islatmısan,
Vay, şalvarın nəmişdi...

Bax kökünə, soyuna,
Oxşayırsan qoyuna...
Şeirim sənin boyuna,
Ölçdüyüm bir qəmişdi... 

Məzahir Süleymanzadə, tanınmış publisist-şair
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin