Moderator.az saytının bu dəfəki müsahibi ədəbi aləmdə öz dəst-xətti ilə seçilən bir şairdi. Bu şairin ”“ yəni Mahir Mehdinin öz qəribəlikləri də var. Bəlkə də o səbəbdən 3 ildir ki, yaradıcı mühitdən uzaq bir yerdə - Yevlaxda yaşayır. İşsizlikdən əziyyət çəksə də yaradıcılığını davam etdirir:
-Mahir Mehdi, necəsiz? İşsizlik deyəsən işdən çox yorur adamı. Çox yorulmusunuz?
-Üç ildir ki, işsizəm, Yexlaxda qalıram. İş üçün dostlar səviyyəsində bir çox yerlərə müraciət etdim. Hətta dövlət müşaviri Kamal Abdullaya da müraciət etdim. Axırda naəlac qalıb prezidentin şəxsi saytına yazdım. Yazdım ki, mən də yazıçıyam, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, mətbuatda xidmətlərim olub, haradasa işləməliyəm. Amma dostlara müaricətimdən bir şey çıxmadı. Gərək mənim də qabağımda dədəm olsun?! Mən Vaqif Səmədoğlu deyiləm ki, arxamda dədəmin adı olsun...
- Şair, işsizlik insanda psixoloji gərginliklər də yaradır. Sizdə bu kimi hallar hiss olunmur ki?
- Axır vaxtlar feysdə yazdığım kəskin statuslarla bağlı deyirsən?
-Yox, mən ümumi psixoloji halı dedim: bir yerdə uzun müddət hərəkətsiz qalmaq insanda psixoloji gərginlik yaradır...
- Əlbəttə elədir. Təsəvvür elə ki, səni üç il bir yerdə məhkum edib deyirlər ki, nəsə oxu və şeir yaz. Düzdü, mən şairəm və işim də şeir yazmaqdı. Amma üç il eyni yerdə nəsə yazmaq da mümkün deyil axı. Son zamanlar isə belə bir adətim yaranıb. Havalar qaralanda Yevlaxın türklər demişkən, “arxa sokaklar”x9dını pay-piyada gəzirəm. Bu mənə çox kömək olub. Demək olar ki, bayaq sən dediyin gərginliyi tamam aradan qaldırıb. Yevlaxda rayon qəzetində bir dostum var. Hərdən gedib onunla dərdləşirik, yaradıcılıq barəsində danışırıq. Amma ən çox gərginliyimi aparan, məni ən çox şad edən proses isə şeir yazmaqdı. İnsanlarla çox söhbətdə ola bilmirəm. Ona görə ki, bir az danışan kimi hamısı sosial problemlərini deyir. Mənimki cılız sosial insanla alınmır. Kimi dindirirsən problemdən danışır. Təbii ki, problem var. Bunu heç kim inkar etmir. Özü də Yexlaxda vəziyyət lap pisdi. Müəllim var ki, iki aydı işləyir, amma maaşı ala bilmir. Amma danışdıran kimi problemlərini demək də yaxşı deyil axı.
- Sizinki ədəbiyyat idi, amma o mühitdən də ayrılmısınız hələ ki. Kimlərlə əlaqələniz qalıb? Hansı yazar dostlar sizə zəng vurur?
- Son günlərə qədər əlaqə saxlayırdım. Amma hardasa bir 10 gün bundan qabaq nə qədər qələm dostları var, hamısının nömrəsini telefondan sildim. Çünki hər zaman mən zəng edirdim. Bir dəfə görmədim ki, kimsə məni axtarsın. Cavanları hələ qoyuram bir qırağa. Azərbayacan qələm aləminin ən üzdə olan adamlarına xa0”“ Aqşin Yenisey, Fəxri Uğurlu, Hikmət Sabiroğlu, nə bilim çox adama ancaq mən zəng vururdum. Kimsə yada salmırdı. Ona görə də hamının nömrəsini də telefonumun yaddaşından sildim. Bircə Kənan Hacıdan başqa. Mən Kənanın xətrini çox istəyirəm. Vaqif Bayatlının da beyninə qan sızıb. Gərək mən ona baş çəkəm.
Amma vallah elə sən özün də mənim şeirlərimə azdan-çoxdan bələdsən. Feysbukdakı səhifəmə də baxanda görərsən ki, son şeirlərim necə gözəl şeirlərdi. Məni də saxlayan elə bu şeirlərdi, yaradıcılıqdı. Sonradan baxıb görürəm ki, bunlar sufi ruhunda şeirlərdi. Səndə sufi yaddaşı var, duya bilərsən. Bunu birinci dəfə mənə rəhmətlik Ələkbər Salahzadə deyib. Tanıyırdın da Ələkbər Salahzadəni? Əvvəl xa0“Ulduz”x9d da baş redaktor oldu, sonra “Qobustan”x9dda. Böyük şair idi. Hətta sənə deyim ki, Vaqif Səmədoğludan da böyük şair idi. Amma mənim kimi yetimin biri idi də... Eləcə ortalıqda qaldı. Bəlkə son şeirlərimdən birini deyim?
- Elə onu mən xahiş edəcəkdim. Buyurun:
- Redaktə elə şəhəri,
hər küçəmnən poz, bir adam.
Yazılmışam köhnə xətlə,
söz şəklində qarşındayam.
Yaşayıram başqa kökdə,
səsimnən yuxarı ladda.
Təkrarlanıram hər saat
ayrı tonda, özgə adda.
Neçə mən boşanıb MƏNnən,
gedən gedənə calanıb.
Birimnən min bir saxtası
çap olunub tirajlanıb.
Hansımız daha gerçəyik?
Mən “yox”x9dam, sən də ki,”x9dhə”x9dsən”¦
Görünməyən tərəfinlə
görünən tərəfimdəsən.
- Gözəl şeirdi. Bakıya göndərib qonarar ala bilsəniz əla olardı...
- Vallah, bundan sonra mənə qonarar da lazım deyil!
- Bayaq dediniz ki, bir yerə məhkum olunub həm yazırsız, həm oxuyursuz. Nələri, kimləri oxuyursuz?
- Axırıncı dəfə Orxan Pamukun “Qara kitab”x9d adlı kitabını ikinci dəfə oxudum. Mənə çox ləzzət verdi. Ondan sonra Yexlaxın “arxa sokak”x9dlarında tək başıma gəzməyə başladım. Hərdəndir saytlara baxıram. Ədəbiyyyatdan hansı sayt yazırsa ona göz atmaq istəyirəm.
- Söhbət əsnasında Vaqif Səmədoğlunun adını çox çəkdiniz. Sizin onunla çox xatirələriniz olub. Amma niyə belə incik görünürsünüz?
- Heç incik deyiləm. Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında ən səmimi şairlərdən biri idi. Deputat da olub, amma hər zaman özü olub. Bir dəfə də görmədim ki, hansısa dövlət adamını tərifləsin. Nə idisə elə özü idi. onunla Səməd Vurğun bağının yanında gəzirdik. Zarafata deyirdi ki, bu bağın ətrafındakı dükanların hərəsi 1 faiz öz qazanclarından bizə versələr milyoner olarıq. 1999-cü ildə 60 illik yubileyinə məni çağırmışdı. Onda hələ deputat deyildi. Mənim də 29 yaşım var idi. Yeyib-içib getdim ora. Gördüm ki, indi hamının hörmət etdiyi ədəbiyyat adamlarından biri danışır. Mənim ondan çox acığım gəlirdi. Uzun danışdı. Mən qalxıb dedim ki, bəsdi də danışdın. Nəsə ara qızışdı. Bir həftə sonra Vaqif Səmədoğlunu görəndə ondan üzr istədim. Dedim ki, cavanlıqdı olub. O da boynumu qucaqladı. Başqa şair olsaydı, ömrünün axırına qədər məndən küsülü qalardı. Amma o, boynumu qucaqladı. Dedi, Elçibəyin vaxtında Marqaret Tetçer Bakıya gəlmişdi. Mən də içkili getmişdim görüşə. Həmin görüş vaxtı bir kəskin söz dedim ona. Bu sözləri Vaqif bəyin özü mənə deyib...
Onu da deyim ki, poeziyada bəlkə də ən istedadlı şair elə o idi. İndi deyirlər e, Nobelə namizəd filan, məncə, ən uyğunu elə Vaqif Səmədoğlu idi. Vaqif Bayatlı Odər də çox möhtəşəmdi. Amma indi beyninə qan sızıb. Evdə xəstə yatır. Heç baş çəkməyə imkanım da yoxdu.
Elmin NURİ


























































































