Məni məndən alıb apar,
Nə odum, nə közüm qalsın.
Bitdim artıq, götür apar,
Bircə sazım, sözüm qalsın.
Apar məni yar bağına,
Döndər bir gül yarpağına,
Xoşdur, çəkdir torpağına,
Təkcə görən sözüm qalsın.
Aşiq neylər canı sənsiz,
Çıxart candan canı, sənsiz,
Yanar canın canı, sənsiz,
Sevən canda dözüm qalsın.
Atəşlərdən, oddan çıxdım,
Əvvəl idim, sondan çıxdım,
Bədən adlı dondan çıxdım,
Özdə olan özüm qalsın.
Sözdən sözə ayaq verdim,
“Ol”x9d sözündən dayaq verdim,
Demə sözə boyaq verdim,
Ürəklərdə izim qalsın.
Nurəddin İsmayıl
10 yanvar 2016

































































































