Haqq nə maskaya baxıb, nə əldəki qılınca...

Hazırda oxunan: Haqq nə maskaya baxıb, nə əldəki qılınca...

115769




















Moderator.az tanınmış şair - publisist Heydər Oğuzun yenicə qələmə aldığı şeiri oxucularına ərməğan edir:

Gövdən şeytan gövdəsi,
Başın mələk başısa,
İncimə sözlərimdən,
Sən bir fırıldaqbaşı,
Sən bir kələkbaşısan...

Heç gördünmü mələyin
Gövdəsi şeytan ola?
Mümkünmü bir bədəndə
İki fərqli can ola?

Düz gəlmirsə nəsnənin
Alt qatına üst qatı,
Dostum, demək üzdəki
Göz aldadan maskadı.

Çox görmüşəm dünyada
Maskalı şeytanları,
Var olub hamısının
Bir maskalıq canları.

Şeytanlıq üzə çıxıb
Maskalar cırılınca,
Haqq nə maskaya baxıb,
Nə əldəki qılınca.

Şeytan nə xoş sözündən,
Nə səsindən tanınar,
Şeytan üzündən deyil,
Gövdəsindən tanınar...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin