Qocalar, gedin nəvələrinizlə oynayın !

Hazırda oxunan: Qocalar, gedin nəvələrinizlə oynayın !

115444
Haqsızlıq edənlə haqsızlığa göz yuman arasında heç bir fərq yoxdur. Ona görə də, mən bir çox gənc qələm dostlarımdan fərqli olaraq susmaq fikrində deyiləm. Bu gün ədəbi sferada baş verən hadisələrə laqeyd olmaq bir qələm sahibinə yaraşmaz! AYB-ni özəl mülkü hesab edənlərə “dur!”x9d demək lazımdır artıq. Hər şeyin bir həddi var axı. İllərlə, hətta bir qərinə boyunca oturduqları kreslodan on əlli yapışıblar bəziləri. Xalq şairi adı, ömürlük prezident təqaüdü, ev, çoxlu mükafat və qonorarlar alıblar, yenə də gözləri doymur. Niyə anlamaq istəmirlər ki, esatafeti gənclərə vermək vaxtı çatıb! Su da bir yerdə çox qalanda iylənir. Gedəndə də vaxtında və üzüsulu getmək lazımdır. Etiraf etməyə cəsarətləri çatmasa da, yaxşı anlayırlar ki, onlardan da qat-qat istedadlı bir gənc nəsil yetişib. Amma gənc nəslin daha da inkişaf etməsi üçün onlara yol açmaq və işlə təmin etmək vacibdir. Gənc həmkarım Emin Pirinin Moderator.az-a verdiyi açıqlamanı oxudum və çox mütəəssir oldum. Emin bir gənc və istedadlı qələm sahibi kimi öz haqqını tələb etdiyi üçün AYB rəsmisi olan Fikrət Qoca tərəfindən təhqir olunub. Mən təkçə Emin Pirinin deyil, bütün gənc şair və yazıçıların təhqir olunduğunu düşünürəm. Və belə hesab edirəm ki, AYB-nin strukturunda bəzi islahatlara ehtiyac var. İlk növbədə gənclərin əmək məşğulluğu istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir! Sonda isə üzümü yaşlı vəzifə hərislərinə tutub xahiş və hətta tələb edirəm: Qocalar, gedin nəvələrinizlə oynayın!

Zamiq Mehdisoy, gənc yazar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin