Çıxart sırğalarını, as qulağından məni...

Hazırda oxunan: Çıxart sırğalarını, as qulağından məni...

115341











Sıfır dərəcə hərarərt...

Ruhumuzun hərarəti
Sıfır dərəcə isti.
bu gecə inadını
tulla kənara, bəsdi!

Darıxdınsa zəng elə
danış bir az yenə də.
Yenə gülüşlərindən
bir dodaq ver mənə də.

Darıxdınsa zəng elə 
evdə hamı yatıbsa, 
Balaca qardaşının
xəyalında saydığı
quzu yüzə çatıbsa...

Bir az da qulağıma
qısqanıram, pıçılda.
Bir az da yoxluğunla
odlanıram pıçılda.

Çıxart sırğalarını...
as qulağından məni.
Bir gözündə mən olum,
As dodağından məni.
bir gözündə yatanlar

Qaç otağından, mənim 
otağıma tələs, gəl.
Saçlarını yağışlar
yusun təngənəfəs, gəl.

Unut iki küçəlik
məsafəni, unut sən
Çarpayımım ağında
saçlarını qurut, sən...

Bu gecə səni sözsüz
yazım, darıxma, dur gəl
Bu gecə bədənində
azım, darıxma, dur gəl...

İçək, sevişək belə
üzü səhərə sarı.
Külək gətirsin qarı
üzü şəhərə sarı.

Tələs, pəncərəmizin
ağaranda şüşəsi. 
Son öpüş payını ver.
Tamamlansın nəşəsi...

Tələs, gələndə qəfil
sübh azanının səsi
Son öpüş payını ver
qaç darıxmağa doğru.

Bu gecə göylər yenə
yağışı qarla kəsdi.
Yenə soyuduq yenə
ruhumuzun hərarəti
sıfır dərəcə isti.

Emin Akif
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin