Bizə gün vermədi bu günlər, gülüm, heyif o günlərin şirinliyinə...

Hazırda oxunan: Bizə gün vermədi bu günlər, gülüm, heyif o günlərin şirinliyinə...

114896
Heyif o günlərin şirinliyinə

Bir zaman uçmağa göyümüz vardı
Zirvələr aşmağa heyimiz vardı...
Bizim bizdən özgə nəyimiz vardı?
Heyif o günlərin şirinliyinə.

Günlər keçirərdik şuxluq içində,
Varımız var idi yoxluq içində.
Yaşardıq biz gözütoxluq içində,
Heyif o günlərin şirinliyinə.

Bir duyğu axardı iki ürəkdə,
Ömür qabaqdaydı, arzu bələkdə...
Sanki bal dadardı yavan çörək də,
Heyif o günlərin şirinliyinə.

Qab-qacaq yığardım mizimin üstə,
Yazardım şerimi dizimin üstə...
Sənə yer verərdim gözümün üstə-
Heyif o günlərin şirinliyinə.

Bizim pəncərədə pərdə yox idi,
Çörəkpulumuz da hərdən yox idi-
Beləcə bir ömrün dərdi yox idi-
Heyif o günlərin şirinliyinə.

Qoşa qafiyəydi izinlə izim,
Qoşalıq sehriylə sınardı tilsim.
Nə gördük o zaman gördük, əzizim,
Heyif o günlərin şirinliyinə...

Sən dağ bənövşəsi ”“ boynubükülü,
Mən aran düzüyəm, qoynu bükülü.
Bizə gün vermədi bu günlər, gülüm,xa0
Heyif o günlərin şirinliyinə...

ADİL CƏMİL
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin