AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Əyyub və Sənəm”x9d dastanını təqdim edirik:
I Hissəni buradan oxumaq olar--- moderator.az/news/111583.html
II Hissəni buradan oxumaq olar--- moderator.az/news/113082.html
Qəlbimə çatmadı ağlımın gücü,
Yolunda ömürlük bitim, barışaq.
Qızılgülsən, məhəbbətin diliynən
Şeyda bülbül kimi ötüm, barışaq.
Sənəminsə bu məqamda özünü naza çəkməyi tutdu. Əyyubu bir qədər incitməkdən zövq almaq həvəsini boğa bilməyib, aldı görək “günahkar”x9d aşiqinin çarəsiz yalvarışlarına necə cavab verdi. Biz deyək, siz qulaq verin:
Düzəlmədin, dəlisən ki, dəlisən,
Yeri, daha sənnən barışammaram.
Belə kobudluğu heç gözləməzdim,
Dayan, danış gendən, barışammaram.
Əyyub:
Sən özün ver cəzasını əlimin,
Başım çəkir bəlasını dilimin.
İnciyib küsdüyün dəli könlümün
Qarşında qanını töküm, barışaq.
Sənəm:
Bilirsən ki, istəyinə yolum yox,
İstəyirsən sənə qurban olum? ”“ Yox!
Burda meyit ağlamağa halım yox,
Nə deyirsən, deynən, barışammaram.
Əyyub:
Güzəştin bu qədər çətindi yəni,
Qəbul eləmirsən Əyyub deyəni?!
Yanağından öpdüm, küsdürdüm səni,
İndi dodağından öpüm, barışaq.
Sənəm:
Tələsirsən, yaman kəshakəsindi,
Sən Sənəmdən umudunu kəs indi.
Məndən qaçırdığın hələ bəsindi,
Danışırsan küynən, barışammaram.
Sənəm Əyyubun yalvarışlarına məhəl qoymadan, beləcə “küsülü”x9d halda evlərinə döndü. Əyyub kor-peşman dostu Məmmədin alaçığına qayıtdı.
Sənəmin yaylaqdan küsülü getməsi Əyyubun canına vəlvələ salmışdı. Qorxurdu ki, qız fikrini birdən dəyişər. Bu səbəbdən özünə yer tapa bilmirdi. Qərara gəldi ki, Gövhəri çağırtdırıb könlünü alması üçün Sənəmin yanına göndərsin. Məmmədin qız nəvəsini Gövhərin dalınca göndərdi. Gövhər gəlib alaçığa girəndə Əyyub pərişan halını Sənəmə çatdırmaq üçün görək dedi:
Gövhər bacı, küsdürmüşəm Sənəmi,
Zəhmətim çək, minnətinə sən də get.
Qəlbinə dəymişəm, peşman olmuşam,
Günahkarın hörmətinə sən də get.
Sığınıb Allahın kəramətinə,
Anda ver şəninə, şərafətinə,
Xələl gətirmişəm ləyaqətinə,
Müşkül işin zəhmətinə sən də get.
Elə bil başıma uçubdu dağlar,
Qəlbimdə dağların ağırlığı var.
Ona deynən: qanı qanla yumurlar,
Əyyub dözməz həsrətinə, sən də get.
Əlavə olaraq dedi ki, siz tay-tuşsunuz, çalış onu başa sal. Günahımdan keçsin, qəbahətimi bağışlasın. Gövhər söz verdi ki, Sənəmi yola gətirmək üçün əlindən gələni edəcək. Və alaçıqdan çıxıb birbaş Sənəmin yanına getdi”¦
Axşamtərəfi Gövhərlə Sənəm Məmmədgilə gəldilər. Sənəm küsünü atmışdı. Əyyub qızları qarşılayıb hər ikisinə razılıq elədi. Sevənlər bir-biriylə yenə ilqar-iman elədilər. Getmək vaxtı çatanda Əyyub əlini Sənəmə uzatdı, sevgilisi də ona əl verdi. O, Sənəmin üzünə baxdı və əlini hərarətlə öpdü. Qız bu dəfə heç nə demədi.
Gövhərlə də xudahafizləşib ayrıldılar. Şər qarışdığına görə Məmməd kişi Əyyubu buraxmadı, “Səhər tezdən gedərsən”x9d, ”“ dedi. Təklif Əyyubun ürəyincə oldu. Düşündü ki, Sənəmi yenə görə bilər. Sübh tezdən durub Sənəmə məktub yazdı. Deyirdi ki, səndən ötrü dünyanın o başına da gedərəm. Məktub şeirlə qurtarırdı:
Hər zaman özüm özümü
Sevərəm səndən ötəri.
Yollarına çiçəkləri
Düzərəm səndən ötəri.
Saçlarıma saldın dəni,
Sən demədin mən deyəni.
Uzağa göndərmə məni,
Gələrəm səndən ötəri.
Çox demişəm, deyim yenə,
Qəlbim yatmır özgəsinə.
Dönərək sənin kölgənə,
Gedərəm səndən ötəri.
Bağlamısan gözümümü,
İtirmişəm özümümü?
Sınayıram dözümümü,
Bilərəm səndən ötəri.
Can bədəndən süzüləndə,
Karvan yola düzüləndə,
Əyyub səndən üzüləndə
Ölərəm səndən ötəri.
Məktubu Sənəmə çatdırmaq üçün Gövhərə verdi və İstisuya yola düşdü.
Gövhər Sənəmgilə gəldi. Reyhan xanımı başıqarışıq görüb məktubu Sənəmə çatdırdı. Qız onu qoynunda gizlətdi. Reyhan xanım gözaltı kağızı gördüsə də, üz vurmadı. O, qızının qoşulub qaça biləcəyindən qorxurdu. Sənəmə heç nə demədən səhər tezdən Bərdəyə yola düşəcək bir maşınla əlaqə saxladı. Sonra alaçığa qayıtdı. Qızını arxayın salmaq üçün sakit səslə, gülümsəyərək zarafatyana soruşdu:
”“ Qızım, məktubu, yəqin ki, sənin zəncin göndərib. Oxu görək nə yazır.
Sənəm ciddiyyətlə:
”“ Ana, nə məktub? Mənə məktub-zad gəlməyib, ”“ deyə cavab verdi.
Reyhan xanım daha mülayim səslə:
”“ Qızım, biz ana-balayıq, sənin gələcək həyatına mən soyuqqanlı baxa bilmərəm. Atan mənə o qədər məktublar yazardı ki, oxuyanda gülməkdən uğunub gedərdim. Məktubu qoynundan çıxar, ya özün oxu, ya da ver oxuyum. Burada utanmalı heç nə yoxdu.
Sənəm utana-utana məktubu çıxarıb anasına verdi.
Əyyub Sənəmi dəlicəsinə, Məcnunsayağı sevdiyini və “Ötəri”x9d rədifli gəraylısını yazmışdı. Reyhan xanım məktubu oxuyub əl çantasına qoydu. Sənəm gizlicə onu götürüb yenidən oxudu və yerinə qoydu.
Gecə yatağa girəndə Reyhan xanım qızına səhər tezdən gedəcəklərini bildirdi. Sənəm sarsıldı, “Ana, xəstəyəm, gəl bir-iki gün qalaq, sonra gedək”x9d, ”“ deyib yalvardı. Reyhan xanım qızına: “Yat dincəl, getməliyik!”x9d ”“ deyə qətiyyətlə bildirdi.
Qız anasını yuxuya verib, Əyyuba ay işığında onu gözləyəcəyini yazdı. Məktubda tapşırırdı ki, elçiliyi tezləşdirsin. Sənəmin göz yaşları sel kimi məktubun üstünə axırdı.
Səhər tezdən durub bulaq başında Gövhərlə görüşdü.
Dedi ki, bilirəm, məni görmək üçün Əyyub buraya gələcək, bu məktubu ona ver. Deynən ki, Sənəm dedi, ondan başqa heç kimə getməyəcəyəm. Ölsəm, qara torpağın, qalsam onunam.
Sənəmlə Gövhər öpüşüb ayrıldılar. Sənəm alaçığa gələndə anası artıq yır-yığış eləmişdi. Bir azdan maşın gəldi, yola düşdülər. Həmin gün Əyyub günorta vaxtı Sənəmgilin obasına gəldi. Gövhər onların getdiyini dedi və Sənəmin tapşırığını çatdırıb, məktubu verdi.
Bu ayrılıq Əyyubu mütəəssir eləmişdi. Nə edəcəyini bilmirdi. Çaşqınlıq içində obadan aralanıb bir daşın üstündə əyləşdi, məktubu oxudu. Orada gəraylısına cavab da vardı:
Ayrılıq ayırdı bizi,
Ağlaram səndən ötəri.
Yaratdığın məhəbbəti
Saxlaram səndən ötəri.
Qürbətə salma sözümü,
Pozular sözün düzümü.
Yolunda özüm özümü
Dağlaram səndən ötəri.
Fikirləşmə məndən yana,
Söz verirəm, inan ona.
Bu dünyayla da üsyana
Qalxaram səndən ötəri!
Bar-bəhərli bağlar kimi,
Gül-çiçəkli dağlar kimi,
Aşıb-daşan çaylar kimi
Çağlaram səndən ötəri.
Hər düşdükcə mən yadına,
Qızın eşqin öz oduna.
Sənəmi Əyyub adına
Bağlaram səndən ötəri.
Məktubda Sənəmin göz yaşlarının izləri açıq-aydın görünürdü. Bu ləkələr Əyyubu daha çox göynədirdi. Qız qətiyyətlə yazırdı ki, elçi göndər.
Əyyub yerindən durdu. Göylərə baxdı. Keyti dağının səmasında iki qartal süzürdü. Təklik onu darıxdırdı. Xəyalına qızlarla Sənəmin bulaqdan qayıtdığı gəldi. Bayaqkı daşın üstündə yenidən əyləşdi. Özünü qınadı, dağları-dərələri seyr elədi, qartallara baxdı. Səmada əməlli-başlı oynayırdılar.
Sənəmin surəti gözlərinin qarşısına gəldi. Kövrəldi, qulağında yarının səsi səsləndi. Götürdü görək Sənəmin yoxluğuna nə dedi:
Haray saldım bir sonanın dalınca,
Qulağımda səda verdi dağda adı.
Yalçın qayalarda sorağa düşdüm,
Sənəm yoxdu, ləpirləri dağdadı.
Gözümdə xəyalın, yar, andım, yandım,
Yamanca pozuldu, yar, andım, yandım.
Dərdini çəkməyə yarandım, yandım,
Damağımda fələk çəkən dağ dadı.
Yayı gəldin bizim dağda dağladın,
Göz önündə qoşa durdu dağla adın,
Əyyubu bəxti də, sən də dağladın,
Sən çəkən dağ fələk çəkən dağdadı.
Yerindən qalxıb Sənəm yaşadığı çadıra yenidən baxdı. Ağır kədər içərisində geri qayıtmaq üçün maşın yoluna çıxdı. Aciz-aciz Dəlidağa, Keyti dağına, Sultan-Heydər dağlarına baxdı. Sanki dağlardan kömək istəyirdi. Üzünü Dəlidağa tutub aldı görək nə dedi:
Görmürsünüz çətinliyə düşmüşəm,
Bəlkə də zəhmətim hədərdi, dağlar?!
Çox belə işlərə şahid oldunuz,
Deyin, necə çəkim bu dərdi, dağlar?
Güllərə baxıram, ləçək-ləçəkdi,
Bitirməkçün ana torpaq nə çəkdi?!
Sizin daş köksünüz çiçək-çiçəkdi,
Mənim köksümdəki kədərdi, dağlar!
O qızı kim gəzib, kim soraqlayıb?
Güzgüsün kim tutub, kim daraqlayıb?
Məni başdan-başa qəm qucaqlayıb,
Yollar belinizə kəmərdi, dağlar!
Pozuldu güzəran, dağıldı dəyəm,
Nə siz qıraqsınız, nə mən özgəyəm.
Uğurlar diləyin, yol üstündəyəm,
Siz verən məsləhət hünərdi, dağlar!
Elə qəfil getdi, yandırdı-yaxdı,
Dərdinə tabım yox, Yaradan haqdı.
Gedirəm, yetişdi ayrılıq vaxtı,
Əyyub Xan Kərəmdən betərdi, dağlar!
Dağlar Əyyuba cavab verməsə də, o, dağların əzəmətindən, qartalların səmadakı cəsarətindən sanki qüvvət aldı. Yol kənarına gəlib, İstisuya gedən bir maşına mindi. Tərtər çayına çatanda maşından düşdü. Tərtərin buz kimi dupduru suyunda əl-üzünü yudu. Xeyli yüngülləşib gümrahlaşdı. Fikirləşdi ki, görəsən, indi Sənəm harada ola bilər? Özlüyündə götür-qoy elədi, ölçdü-biçdi, “Yəqin ki, hələ Bərdəyə çatmayıb”x9d deyə fikirləşdi. Ayrılığın fərağı onu rahat buraxmır, üzürdü. Öz-özünə sanki Tərtər çayı ilə danışırdı: “Ay Tərtər, daha iti ax, coş, çağla, özünü Sənəmə çatdır, yalvar-yaxar elə, qoy qayıtsın”x9d.
Nəhayət, görək Əyyub bu dəfə Tərtər çayına öz ərzi-halını necə çatdırdı:
Baş götürüb minnətinə gəlmişəm,
Dərdi olan dərdli tapar, ay Tərtər!
Daşlara çırpılıb parçalanırsan,
Bundan betər haray qopar, ay Tərtər!
Su olsan da, od alarsan odumdan,
Yaxşılığın çıxa bilməz yadımdan.
Bacardıqca tez ax, mənim adımdan
O gedənə salam apar, ay Tərtər!
Baxa-baxa Bərdəyəcən enginən,
Çata bilsən, su diliynən dinginən,
Qadan alım, sən ipəyə döngünən,
Yalvar-yapış, geri qaytar, ay Tərtər!
Bu gedişi bilməyənlər biləcək,
Kimi ağlayacaq, kimi güləcək.
Qayıtmasa, deynən, Əyyub gələcək,
Deyiblər ki, gəzən tapar, ay Tərtər!
Ac olmasına baxmayaraq, meyli heç nə istəmirdi, həsrətin acısı onu doyuzdurmuşdu. Sallanan bulaqdan keçən yola endi. Bulağa çatanda burada Sənəmə çiçək verməsi, qızın “əmi”x9d deməsi, gözəlliyi gözlərinin qabağına gəldi. Bulağın axar-baxarlı mənzərəsi, həzin nəğməli səsi, bir-birinə qarışan çiçəklərin ətri Sənəmin həsrətini daha da artırırdı. Öz-özünə: “Kaş Sənəm burda olaydı”x9d, ”“ dedi. Özünü qınadı, Sənəmi qınadı. Götürdü görək bu ilk görüş yerinə nə dedi:
Bilmirəm ki, üzü dönmüş hardadı,
Gəlmədim qarğışla, ay görüş yeri.
Bəlkə üstümüzdə buludlardadı? ”“
Enəcək yağışla, ay görüş yeri.
Onun atəşinə yanmaqdı peşəm,
Yandırır, yanıram, oda dönmüşəm,
Gələn vaxtı qaça-qaça gəlmişəm,
Qayıdım, qarşıla, ay görüş yeri.
Sevən sevilərsə, onun nə dərdi?
Sevilməsə, ölümdən də betərdi.
Onsuz ömrüm əfsanədi, hədərdi,
Gəlməsəm, bağışla, ay görüş yeri.
Necə gözəl idi bu güllər dünən,
Əyyubu onlar da saldı gözündən.
Onun ozamankı ayaq iziynən
İzimi naxışla, ay görüş yeri.
Bulaqdan aralanıb kəndə gedən yola çıxdı. Yolda fikirləşdi ki, görəsən, elçiləri göndərsəm, Sənəmin ata-anası onlara nə cavab verəcək? Razı olmasalar, işin sonu necə olacaq? Sənəm sözünün üstündə duracaqmı? Özünün ömür yollarında nələr olacaq?
Evə gəlib bir qədər dincəldikdən sonra elçilərlə Sənəmə göndərəcəyi məktubu belə tamamladı:
Neçə gündü səni görə bilmirəm,
Yarım olan yarı canım, necəsən?
Başına dolanmaq düşüb könlümə,
Açan gülüm, tər baharım, necəsən?
Ağ bir şamsan, kaş pərvanən olaydım,
Yana-yana səni fikrə salaydım.
Qollarının arasında qalaydım,
Qoynu cənnət bağça-barım, necəsən?
Sən olmayan vaxtı hayam, həşirəm,
Əyyubdan ayrılıb özgələşirəm.
Səni görməyəndə yetimləşirəm,
Pay umduğum xəznədarım, necəsən?
(ardı var...)





























































































