Allah, özün pul yetir...

Hazırda oxunan: Allah, özün pul yetir...

111809
PUL YETİR

Pul adamı qul edir,
Allah, özün pul yetir.
Gəlinləri dul edir,
Allah, özün pul yetir.
“Adəmi Adəm edən”x9d,
Ayıqları dəm edən,
Puldu bizi qəm edən,
Allah, özün pul yetir.
Həm ac yetir, tox yetir,
Demirəm ki, çox yetir,
Eylə bizə "xox",- yetir,
Allah, özün pul yetir.
Mərdi namərd eyləmə,
Kasıba dərd eyləmə.
Bir dərdi dörd eyləmə,
Allah, özün pul yetir.
Kimi puldan harındı,
Fikri fəqət - qarındı.
Ona-buna yarındı,
Allah, özün pul yetir.
Biz də çəkirik zəhmət,
Verən yoxdu bir qiymət,
Səndə vardır səxavət,
Allah, özün pul yetir. 

Vüqar Əhməd
2.08.2005
(Xahiş olunur bəzi məmurlar və bəzi icra başçıları şeirə gülməsinlər,onlar nəzərə alınmır - V. Ə)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin