Yazıçı, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Qəni Camalzadənin "Karxana" kitabı işıq üzü
görüb.
Moderator.az-ın məlumatına görə kitabda müəllifin "Karxana" romanı və hekayələri daxil edilib.
Bu yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba daxil edilmiş roman 2014-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir.
Kitabın redaktoru görkəmli yazıçı Məmməd Orucdur.

































































































