AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Kitabi - Dədə Qorqud”x9d dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili yazısını təqdim edirik:
Əvvəlini bu linkdən oxuya bilərsiniz---moderator.az/news/107996.html
...Yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”x9dnda Banıçiçəyin öz göbəkkərtmə nişanlısının yolunu 16 il gözləməsi, sevgilisinin uzun ayrılıqdan sonra sağ-salamat gəlib çıxdığını bilərkən toyunu təxirə salması kimi ibrətamiz səhnələr də “Dədə Qorqud”x9d boylarında məhəbbət motivlərinin ötəri xarakter daşımadığını, xeyli əhəmiyyətli rol oynadığını göstərir.
Lakin XX əsr Azərbaycan məhəbbət dastanlarında məsələ bir qədər başqa cürdür. “Dədə Qorqud”x9ddakı məhəbbət motivləri ilə yeni yaranan məhəbbət dastanlarımızı tutuşdursaq, bir sıra oxşar və fərqli cəhətləri aydın görə bilərik. Hər iki şifahi ədəbiyyat nümunəsindəki sevgilər, eşq dastanlarından fərqli olaraq, real, həyati sevgidir. Burada, klassik məhəbbət dastanlarımızda olduğu kimi, qızla oğlan bir-birini yuxuda görüb, aşiq olmurlar. Onlara ilahi qüvvə tərəfindən buta verilib, eşq xa0şərbəti də içirilmir. Qız və oğlan real həyatda qarşılaşır, bir-birini “göz açıban görür, könül verib, sevirlər”x9d. Bəzi hallarda isə oğlan könlü istədiyi, yəni onun tələblərinə uyğun gələ biləcək qızı eldə-obada ”“ İç və Daş Oğuzda tapa bilmir. Onu axtarmaq üçün uzaq, təhlükəli səfərlərə çıxmalı olur. Sınaqlar, imtahanlar, çətinliklər, sevgiyə qovuşmaq yolunda mübarizələr, əzab-əziyyətlər yalnız bundan sonra başlayır.
Amma burada yenə incə bir məqama diqqət yetirmək gərəkir. Belə ki, “Dədə Qorqud”x9d boylarında təsvir olunan qəhrəman xa0”“ aşiq obrazlarının mübarizələri, şücaətləri, Tanrıya sığınıb, güvənmək nəticəsində sınaqlardan sağ-salamat çıxaraq, qalib gəlmələri sufi-irfani eşq dastanlarının aşiq qəhrəmanlarına nisbətən nə qədər real, inandırıcı, həyatidirsə, müasir məhəbbət dastanı qəhrəmanları ilə müqayisədə bir o qədər romantikdir, fantastik xarakter daşıyır. Misal olaraq yenə “Bayburanın oğlu Bamsı Beyrək boyu”x9dna nəzər salaq. 16 il əsirlikdə qalandan sonra Banıçiçəyin toyu günü Beyrəyin gəlib özünü yetirməsi, məhz həmin ərəfədə, necə deyərlər, sevgilisinin başqasına ərə verilməsindən vaxtında xəbər tutması, lazım olduğu anda düşmən qızının onu əsirlikdən xilas etmək fikrinə düşməsi, ehtiyac duyulan anda yolda ozana rast gəlməsi kimi səhnələr boyları bir qədər həyatilikdən aralayıb, mücərrədliyə, fantastikliyə sarı meyilləndirir desək, yanılmarıq. Çünki real həyatda belə “təsadüflər”x9d çox vaxt xoşbəxtliyə deyil, faciələrə yol açır. Düzdü, orta əsrlərin klassik məhəbbət dastanlarında olduğu kimi, Beyrəyin də Ağası dadına yetişib, onu Aşıq Qəriblər, Tufarqanlı Abbaslar sayaq, necə deyərlər, dünyanın “bu başından o başına”x9d bir anın içində ”“ gözünü yumub-açınca çatdırmır. Lakin tam reallıqla səsləşməyən məqamlara burada da rast gəlinir.
Bir əsas cəhəti diqqətdə saxlamaq vacibdir ki, boylarda hər şey ”“ sevgi də, ailə də, sədaqət də ilk növbədə qəhrəmanlığa xidmət edir. Oğuz igidlərinin mərdliyini, gücünü, sücaətini daha qabarıq nəzərə çatdırmaq məqsədi daşıyır. Buradakı qəhrəmanın gücü, igidliyi ilə bağlı şişirtmələr əsərin maraqlılığını, təsir gücünü artırmaq üçündür.
XX əsr Azərbaycan məhəbbət dastanlarınınsa əksəriyyətində qəhrəmanın sevgisi, sevgilisinə qovuşmaq yolundakı əziyyətləri, keçdiyi sınaqlar, imtahanlar daha həyatidir, reallıqla daha çox səsləşir, uyğun gəlir. Fəqət elə müasir dastanlar var ki, onlarda da real həyatla tam səsləşməyən romantik məqamlara təsadüf olunur. Məsələn, “Aşıq Alının Türkiyə səfəri”x9d dastan-rəvayətində Aşıq Alı qürbət eldən neçə il sonra vətəninə qayıdır və məlum olur ki, sevgilisi Bəsti xanımın toyudur: “İmirzə kişi qapıyı açdı. Aşıx Alıyı bağrına basdı. İmirzə kişi dedi:
− xa0Öyü, xaravanın qızı, Alı gəldi.
Anası yetişif oğlunu ayaxdan-başa duz kimi yaladı:
− Anan ölsün. Anan öləydi, səni görmüyəydi. Bəsti xanımı ayrı adama veriblər. Bu saat toy çalınır”x9d. Beləliklə, Aşıq Alı gecə ilə həmin toya özünü çatdırır. Orada elə çalıb-oxuyur ki, toy təxirə salınır. Bu cür səhnələrə olduqca az təsadüf olunsa da, müasir dastanlarda klassik ənənənin təsiri, davamı olaraq rast gəlinir. Bu ənənənin kökünün “Dədə Qorqud”x9d layına qədər gedib çıxması bir daha qədim abidənin sırf Azərbaycan xalqına məxsusluğunu sübuta yetirir.
Yeri gəlmişkən qeyd edək ki, XX əsr Azərbaycan xa0məhəbbət dastanlarının bir çoxu bədii-poetik cəhətdən orta əsrlərin klassik eşq dastanları ilə müqayisədə nə qədər zəif, sönük təsir bağışlasa da, bu əsərlərdə “Kitabi-Dədə Qorqud”x9d boylarının izləri qalmaqda, hiss olunmaqdadır. Sevginin həyatiliyi, hadisələrin reallıqla səsləşməsi, vətənə, yurda, xalqa, el-obaya sevgi, xidmət, ictimai-milli məsələlərdə aktivlik, şəxsi deyil, ümumi mənafeyi daha ön planda görmək və s. müasir dastanlarımızı “Dədə Qorqud”x9d boyları ilə uzlaşdırır, bir-birinə bağlayır.
Bu dastanlardan xüsusilə Aşıq Alının, Dədə Ələsgərin, Aşıq Şəmşirin adları ilə bağlı olan nümunələr həm “Dədə Qorqud”x9dla səsləşmək baxımından, həm bədii-poetik cəhətdən daha mükəmməl, daha yüksək dəyərləndirilməyə xa0layiq olanlardır desək, yanılmarıq.
“Kitabi-Dədə Qorqud”x9d boylarında diqqətçəkən əlavə bir neçə məqamı da XX əsr Azərbaycan məhəbbət dastanları ilə müqayisə etməyi məqsədəuyğun bilirik. Qeyd edildiyi kimi, müasir dastanlara, eləcə də klassik eşq dastanlarına nisbətən boylarda qadının mərtəbəsi daha ucadır, o, ictimai və hərbi məsələlərdə daha fəaldır, gözəçarpandır. Həm də burada qıza, qadına məhəbbət təkcə sevgili kimi ünvanlanmaqla məhdudlaşmır. O, ilk növbədə, həyatın başlanığıcı ”“ ana kimi, bacı kimi də, necə deyərlər, bir könüldən min könülə sevilir, əzizlənir, müqəddəs və uca tutulur. Təsadüfi deyil ki, Beyrək əsirlikdən qayıdırkən öncə bir-bir bacıları ilə qarşılaşdırılır, onların dialoqları verilir. Bu səhnələr, bir növ, epizodiklikdən çıxmış, aktuallıq kəsb edən məqamlar kimi təqdim edilir. Yaxud, “Dirsə xan oğlu Buğac boyu”x9dnda Dirsə xanın arvadının fəallığını, fədakarlığını, ərinə sədaqətini, ən dəhşətli günahını belə ağlasığmaz genişürəkliliklə bağışlaya bilməsini, oğluna sonsuz sevgisini oğlunun onun bir sözünü iki etməməsini misal göstərmək olar. Bu boyda atası tərəfindən oxla kürəyindən vurulmuş oğlunu Qazlıq dağında yaralı halda tapan ana onun yarasını, əfsanəvi Xızır İlyasın buyurduğu kimi, dağ çiçəyi və öz südü ilə sağaldır və sonra bir gün Dirsə xanın ətrafındakı 40 “igidin”x9d xəyanətkarlığı nəticəsində dustaq olduğunu bilərkən oğluna üz tutub deyir:
“− xa0Görürsən nələr oldu, ay oğul? xa0Sərt qayalar tərpənmədən yer ayrıldı, eldə yağı (düşmən) yox ikən sənin atanın üstünə gəldilər. O qırx namərd atanı tutdular, əllərini arxasında bağladılar, boynuna sicim saldılar, kafirlər elinə apardılar. Oğul, yerindən qalx, qırx igidinlə birlikdə gedin, atanı o qırx namərdin əlindən xilas edin. Gedin, oğul! Atan sənə qıydı, sən atana qıyma!”x9d Göründüyü kimi, bu ibrətamiz səhnə qadın sevgisinin ən yüksək təntənəsini ifadə eləyir. Həm də Dirsə xanın arvadının boyda olduqca fəal təsvir olunması qədim oğuznaməni istər klassik, istərsə də müasir məhəbbət dastanlarından xeyli fərqləndirir.
Sözügedən boyda yuxuda Xızır İlyasın gəlib xeyirxahlıq missiyasını yerinə yetirməsi, övladsızlıq məsələsi, nəzir-niyazla doğulma səhnələri isə, fikrimizcə, bu cür inancların köklərinin İslamdan çox-çox qədimlərə gedib çıxdığından xəbər verir: “Oğlan yerə yıxıldıqda boz atlı, yaşıl donlu Xızır İlyas onun yanında hazır oldu, əli ilə üç dəfə yarasını sığadı, − Oğlan, qorxma, bu yaradan sənə ölüm yoxdur, − dedi. − Dağ çiçəyi ilə ana südü sənin yarana məlhəmdir, − söyləyib, yox oldu”x9d.
Müasir dastanlarda təsadüf olunmayan, ya da çox az rast gəlinən bir sıra digər dəyərləri, inanc və adətləri də göstərmək olar ki, onlar “Kitabi-Dədə Qorqud”x9d boylarını XX əsr məhəbbət dastanlarından daha çox klassik eşq dastanları ilə uzlaşdırır. Onların ən önəmlilərindən biri çoxarvadlılıq məsələsidir. İlk baxışdan bizə elə görünə bilər ki, çoxarvadlılıq yalnız islami dəyərlər sisteminə aiddir. Lakin ən uzaq tarixi keçmişlərə diqqətlə səyahət etsək, görərik ki, bu adət eyni zamanda əski türk mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. İslam dininə də buradan adlamışdır. Tarixi “Kitabi-Dədə Qorqud”x9ddan daha qədim olan “Oğuz Xaqan”x9d dastanında da bu ənənə mövcuddur. Oğuz əvvəl göydən düşən işığın içindəki qızla evlənib, Gün, Ay, Ulduz adlı övladlar dünyaya gətirəndən sonra, yenidən su içindəki ağacın koğuşunda gördüyü qızı da alır və ondan Göy, Dağ, Dənir adlı övladlar dünyaya gətirir. Digər tərəfdənsə, türk kişisinin daim at belində səfərlərdə, vuruşlarda, istilalarda olması, fizioloji baxımdan yüksək temperamentliliyi, təbiətcə daha çox qadına meyilliliyi milli mənlik şüurunun oyanması zamanında mövcud olan çoxarvadlılıq ənənəsinin sonrakı dövrlərdə də qorunub-saxlanmasını labüd emişdir. Yeri gəlmişkən qeyd edək ki, çağdaş zamanımızda belə Azərbaycan türklərində qadının ərinin başqa qadınla ona xəyanət etməsinə, evlənməsinə normal yanaşma psixologiyası qalmaqda, davam etməkdədir.
İslam dininin özündən əvvəlki mədəniyyətlərin təkmilləşdirilib yeni konsepsiya halına gətirilmiş məcmusu olduğunu nəzərə alsaq, çoxarvadlılığın “Kitabi-Dədə Qorqud”x9d dastanlarına İslam dinindən deyil, İslama əski türk mədəniyyətindən daxil olduğu qənaətinə gələ bilərik. Digər tərəfdənsə, “Dədə Qorqud”x9dda rast gəldiyimiz çoxarvadlılıq səhnələri qətiyyən əsərə sonradan daxil olmuş çalarlar, necə deyərlər, yamaq xarakteri daşımır, boyların “canından-qanından”x9d rişələnir, süjetin özəyindən qaynaqlanır. “Bayburanın oğlu Bamsı Beyrək boyu”x9dna diqqət etsək, buna əmin olarıq: “Məgər kafir bəyinün bir bikr qızı vardı (Beyrəyi sevər idi). Hər gün Beyrəyi görməyə gəlirdi. Ol gün yenə görməyə gəldi. Baxdı, gördü Beyrək səxt olmuş.
Qız aydır:
− Neçin səxtsən, xanım yigit?! Gəldiyimcə səni şən görərdim. Gülərdin, oynardın. Şimdi noldun? − dedi.
Beyrək aydır:
− Necə səxt olmayayım? On altı ildir ki, (sənin) babanın dustağıyam. Ataya, anaya, qovuma, qardaşa həsrətəm və həm bir qara gözlü yavuqlum vardı. Yalançı oğlu Yalıncıq derlər bir kişi vardı. Varmış yalan söyləmiş. Məni öldü demiş. Qız ona varar olmuş, − dedi.
Böylə degəc qız Beyrəyi aşıqlamışdı, aydır:
− Əgər səni hasardan aşağı orğanla sallandıracaq olursam, babana, anana sağlıqla varacaq olursan, məni bunda (n) gəlib halallığa (qəbul edib) alırmısan? ”“ dedi.
Beyrək and içdi:
− Qılıncıma doğranayım! Oxuma sancılayım! Yer kimi kərtiləyim! Torpaq kimi sovrulayım! Sağlıqla varacaq olursam Oğuza, gəlib səni halallığa almaz isəm, − xa0dedi”x9d.
Düzdü, boyun sonunda artıq sağ-salamat gəlib Oğuza çıxmış, yavuqlusunu başqasına getməkdən xilas etmiş Beyrək və Oğuz igidləri atlanıb kafirlərə hücum edirlər, onları məğlub eləyib, qələbə çalırlar, lakin Beyrəyin andına sadiq qalıb, kafir qızını alması səhnəsi verilmir. Fəqət məntiqlə düşünəndə boy qəhrəmanının andını pozması, verdiyi sözü tutmaması mümkünsüz olur. Demək, boyda yeri görünən həmin səhnə sonradan təhrifə, ixtisara məruz qalmışdır. Bu fikrin ağlabatanlığını həmin boyun sonunda verilən aşağıdakı bircə cümlə də təsdiq edir: “Quşun ala qatını, qumaşın arusunu, qızın göyçəyini, doqquzlama çırxab çuxa xanlar xanı Bayındır xana pənc-yek çıxardılar”x9d. Göründüyü kimi, hücum zamanı girov götürülmüş düşmən qızlarından da əslində ailəli, yaşlı-başlı bir qoca olan Bayındır xana sovqat ayrılır. Unutmaq olmaz ki, insanın süni keyfiyyətləri üzərində qurulmuş sovet hakimiyyəti, kommunist ideologiyası millətlərin milli mənlik şüurunu məhv etməklə bir sıra adət-ənənələrlə yanaşı, çoxarvadlılığa da qadağa qoymuşdu. Odur ki, sözügedən boyun sonundakı Beyrəyin andına sadiq qalaraq, kafir qızını ikinci arvad olaraq, alması səhnəsinin də siyasi ideologiya tərəfindən təcavüzə məruz qalması heç bir şübhə doğurmur. Lakin müasir məhəbbət dastanlarımızda çoxarvadlılıq məqbul sayılmır. Məqsədi, məramı yalnız öz sevgilisinə qovuşmaq olan aşiq obrazları (“Şəmşir və Sənubər”x9ddə Şəmşir, “Tarlaçı qız”x9dda Həsən Pərvanə, “Aşıq Alının Türkiyə səfəri”x9dndə Alı və b.) qarşılarına çıxan, hətta onlara vurulub eşq elan eləyən qızlara, necə deyərlər, heç gözlərinin ucu ilə də baxmırlar. Fikrimizi əsaslandırmaq üçün bir daha “Aşıq Alının Türkiyə səfəri”x9dndən nümunəyə diqqət yetirək. Dastanda Əsmər xanım adlı bir dünya gözəli deyişmədə onu məğlub edən Alıya bərk vurulur. “Məni də alıb öz elinə-obana apar”x9d, − xa0deyə yalvarır. Lakin “Aşıq Alı baxıf gördü ki, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu nə qədər gözəl olsa da, mənim öz istəklim, öz elim, öz ovam var. Camahat mana nə deyər? Hamı dədəmin goruna söyməzmi?!”x9d. Demək, XIX-XX əsrlərdən xiristianlığın təsiri nəticəsində oğuz nəslindən olan Azərbaycan türkcəsində də çoxarvadlılıq eyib sayılmağa, qınaq obyektinə çevrilməyə başlayır. “Kitabi-Dədə Qorqud”x9dda, eləcə də digər orta əsrlərdə yaranan qəhrəmanlıq və eşq dastanlarımızda isə bu məsələyə belə bir qınağın mövcudluğu hiss olunmur.
“Kitabi-Dədə Qorqud”x9d boylarının bir sıra özünəməxsusluqları ilə yanaşı, bu qədim oğuznamədə tərbiyəvi əhəmiyyətli ailə-əxlaq məsələləri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğlunun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət və bacarıqları arzulaması, daha doğrusu, bunları bir tələb kimi irəli sürməsi olduqca ibrətamizdir, maraq doğurur və eyni zamanda istər klassik eşq, istərsə də müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, “Dədə Qorqud”x9d boylarında kişidən də, qadından da eyni keyfiyyətlər tələb olunur. Türkün yaşam tərzinə uyğun gəlməyən tənbəllik, çox yatmaq, sübh tezdən durub atlanmamaq, əl-üzünü yumamaq, qonşuları gəzib-dolanmaq, çox danışmaq və bu kimi digər mənfi cəhətlər oğuz igidinin evlənəcəyi qızda qətiyyən olmamalıdır. Qadın ərindən qabaq yuxudan durub əl-üzünü yumalı, çay-çörək hazırlamalı, xırda-para vacib ev işlərini əri yuxudan oyanınca görüb qurtarmalı, atlanmağa hazır olmalıdır. Qoçaqlıqda, cəsurluqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda ərinə uyğun gəlməlidir. “Qanlı qoca oğlu Qanturalı boyu”x9dna nəzər salsaq, bunları aydın görərik.
Belə ki, Qanturalı evlənəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri aşağıdakı kimi sadalayır:
− xa0“Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola”x9d.
Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çeviklik, mərdlik, cəsurluqdur. Hətta sevginin özü belə ilkin mərhələdə ön plana çıxmır. Sadəcə, qəti bir əminlik var ki, tələb olunan keyfiyyətləri özündə cəmləşdirmiş istənilən qızın çirkin, xoşa gəlməyən olması mümkün deyil. O, hökmən xarici görünüşcə də gözəl olur və igid onu tapınca şəksiz-şübhəsiz vurulur, sevir, aşiq olur.
Sözügedən boyda igidin qızı axtarıb tapmaq üçün uzaq səfərə çıxması, ellər-ölkələr dolaşması, onu almaq üçün qoyulan şərtləri yerinə yetirib, həyatını təhlükəyə ataraq sınaqlardan keçməsi, bir növ, klassik eşq dastanlarının buta almış aşıq qəhrəmanlarının başlarına gələnləri xatırladır. Lakin ikincilərdən fərqli olaraq birincilərin güvəndikləri, tapındıqları yeganə fövqəltəbii qüvvə, güc mənbəyi uca Tanrıdır. Oğuz igidləri dara düşəndə onların dadına Ağaları (hər hansısa islam müqəddəsi) çataraq, həyatlarını necə deyərlər, özlərinə əziyyət vermədən “asan üsul”x9dla xilas etmirlər. “Kitabi-Dədə Qorqud”x9d boylarının qəhrəmanları sevgi, daha doğrusu, ən yaxşı qız almaq uğrundakı imtahanlardan, ən çətin sınaqlardan yalnız özləri Tanrının onlara verdiyi cəsarət, igidlik, bacarıq, qoçaqlıq, çeviklik, güc nəticəsində sağ-salamat, alnıaçıq çıxa bilir və həmişə də vüsala çatır, arzuladıqları qızı alırlar. Daha burada nakam sevgi-filan yoxdur. Çünki türkün təbiətində acizlik mövcud deyil. Türk Uca Tanrının köməyi ilə nəyi istəsə, əldə etməyi bacarır. Lakin klassik eşq dastanlarında olduğu kimi, son dövrlərdə yaranan XX əsr Azərbaycan məhəbbət dastanlarında da nakam sevgilərə rast gəlirik. “Ələsgərlə Səhnəbanı”x9d, “Əyyub və Sənəm”x9d kimi müasir dastanları buna misal göstərə bilərik. Məsələn, “Əyyub və Sənəm”x9din sonluğuna nəzər salsaq, görərik ki, buradakı hadisələr “Kitabi-Dədə Qorqud”x9d boylarındakı hadisələrdən daha çox real həyatla səsləşir. Sevgidə problem də sırf həyatla səsləşir. Həyatda isə hər şey həmişə arzulanan sonluqla nəticələnmir. Düzdü, burada Əyyub Sənəmi nə yuxuda görür, buta alıb, səfərə çıxır, nə də sevgisi yolunda ağır imtahanlardan, çətin sınaqlardan keçmək, əzablara, işgəncələrə məruz qalmaq zorundadır, sadəcə, valideynləri qızlarının istəyinə məhəl qoymadan oğlanı bəyənmirlər. Elçilər qapıdan əliboş qayıdırlar. Valideynlər münasib bildikləri başqa oğlana xəbər göndərirlər ki, təcili qızı qaçırsınlar. Əyyub bu bəd xəbəri eşidəndə özünü itirir. Donub qalır. Yerindən tərpənə bilmir. Oğuz igidliyi, qeyri-adi, fantastik şücaət Əyyubda, eləcə də digər müasir məhəbbət dastanı qəhrəmanlarında mövcud deyil. Odur ki, ona həkim çağırırlar. Qaçırılan “Sənəmin ağzını isə oğlanın dostu əli ilə tutmuşdu. Maşın sürətlə hərəkət edir, qız vurnuxur, qurtulmaq üçün çabalayırdı...
...Maşın Araz çayının yaxın sahili ilə gedirdi. Sənəm qızın (oğlanın bacısının − C.Ç.) qulağına nəsə pıçıldadı. Heydərin bacısı maşını saxlatdırdı. Sənəmlə maşından düşdülər. Sənəm qıza astadan nəsə deyib, kolların arxasına keçdi...
Xeyli vaxt keçdi, Sənəm gəlmədi. Qız qaçıranlar darıxdı. Heydər bacısına dedi:
− xa0Bacı, bəlkə utanır, get gətir.
Qız kolluğa keçib Sənəmin özünü yox, paltarını görərək qışqırdı:
− Tez gəlin, Sənəm özünü çaya atıb.
Qız qaçıranlar sahil boyu ora-bura vurnuxur, Araz qıjıltı ilə axırdı. Hava işıqlanmaq üzrə idi. Sənəm məhəbbəti yolunda özünü Araz çayına atıb həlak eləmişdi”x9d.
Müasir dastanların real həyat detalları ilə daha zənginliyi, buradakı sevgilərin, sevgi sonluqlarının həyatiliyi həm də dövrün, zamanın tələbi kimi meydana çıxır. Yəni müasir insanların ”“ dinləyici auditoriyasının zəngin informasiyaya malik olması onların qeyri-adi şişirtmələrə, fantastik macəralara heyrətlənmək qabiliyyətini olduqca aşağı salmışdır. Odur ki, çağdaş dastan yaradıcısından daha yüksək sənətkarlıq məharəti tələb olunur. Orta əsrlərin, “Dədə Qorqud”x9d zamanı insanlarının heyrətlənmək qabiliyyəti yüksək olduğundan o dövrdə bir sıra qeyri-adi şişirtmələrə tələbat olmuşdur.
Son olaraq onu demək vacibdir ki, “Kitabi-Dədə Qorqud”x9d boyları özündən əvvəlki qədim oğuznamələrdən gələn bir sıra ənənələri özündə qoruyub saxladığı kimi, XX əsr Azərbaycan məhəbbət dastanları da orta əsrlərin klassik eşq dastanlarının müasir tipli davamı, xələfləri olmaqla yanaşı, öz bətnlərində “Dədə Qorqud”x9d boylarından gəlmə bəzi uyğunluq çalarları daşıyır. Qədim ozan sənəti ilə aşıq sənətinin sırf bir-birinin davamı olmamasına baxmayaraq, birincinin ikinciyə xeyli təsiri olduğunu nəzərə alsaq, “Kitabi-Dədə Qorqud”x9d dastanının bir sıra boylarındakı məhəbbət motivləri ilə müasir məhəbbət dastanlarımızdakı bəzi uyğunluqların da mövcudluğuna heç bir şəkk-şübhəmiz qalmaz.
Məqalədə “Kitabi-Dədə Qorqud”x9d dastanındakı bir sıra məhəbbət motivləri ilə XX əsrdə yaranan məhəbbət dastanlarının müqayisəli təhlili aparılaraq, bir sıra oxşar və fərqli çəhətlər diqqət mərkəzinə çəkilir. Yeni dastanlarla Dədə Qorquddakı məhəbbət motivləri arasında bir sıra ümumi xarakter uyğunluqları, varislik əlaqəsində bir sıra elementlər araşdırılır.
Burada klassik eşq dastanlarımızla müqayisədə XX əsr məhəbbət dastanlarımızın reyal həyati sevgiyə söykənmək, dini-mistik anlayışlardan xeyli yan ötmək və s. baxımdan “Kitabi-Dədə Qorqud”x9d dastanındakı bir sıra məhəbbət motivləri ilə daha çox səsləşməsi qənaətinə gəlinir.




































































































