Rəşad Məciddən Kəramətə 6 aylıq qadağa...

Hazırda oxunan: Rəşad Məciddən Kəramətə 6 aylıq qadağa...

102164
"Kəramət Böyükçölə Facebookda yazdıqlarına görə 6 aylıq embarqo qoyuram".

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.

Rəşad Məcid Facebook sosial şəbəkəsində yazdıqlarına görə, Kəramətə bir neçə dəfə xəbərdarlıq edib: "Onun klassiklərimiz haqqında yazdıqlarından, Bəxtiyar Vahabzadə haqqında qeydlərindən sonra atasına da, özünə də zəng vurmuşam. Başa salmağa çalışmışam ki, belə olmaz. Dünən isə vodkanın qradusu deyəsən bir az artıq olub və Gənc Ədiblər Məktəbi haqqında ağzına gələni yazıb. Gənc Ədiblər Məktəbində 10-15 istedadlı gənc var ki, onlar Kəramətdən 10-15 dəfə istedadlıdır. Bu məktəbin məqsədi şair, yazıçı yetişdirmək deyil ki. Məqsəd yaradıcılığa həvəsi olan gənclərə master-klasslar keçməkdir. Bunu da etmişik. İndi 10-15 insanın içindən beşi ciddi yaradıcı adam kimi özünü təsdiqləyəcəksə bunun özünü də uğur kimi qəbul etmək lazımdır. Bu dəfəki məktəbin üstün cəhətlərindən biri budur ki, əyalətlərdən xeyli gənci cəlb edə bilmişik. Son vaxtlarda Kəramətə bir neçə dəfə müsahibə və açıqlamalar vermişəm. Amma özünü apara bilmədiyinə görə, ona 6 aylıq embarqo qoyuram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin