"Oxumayın məni" şeirlər kitabının "imza günü" keçirildi...

Hazırda oxunan: "Oxumayın məni" şeirlər kitabının "imza günü" keçirildi...

100410
Moderator.az xəbər verir ki, bu gün "Kitabevim.az"-da  şairə Vüsalə Süleymanın "Oxumayın məni" şeirlər kitabının "imza günü" keçirildi. 
   
Tədbirin aparıcısı şairə-publisist Nəcibə İlkin Vüsalə Süleymanın həyat və yaradıcılığından bir daha geniş bəhs etdi, şeirlərindən nümunələr səsləndirdi.
 
Şairlərdən Elçin Mirzəbəyli, İlqar Türkoğlu, Aybəniz Əliyar, Namiq Dəlidağlı, İbrahim İlyaslı, Gülnar Səma, Sevinc Məmmədova, Şərafət Şəfa, Emil Rasimoğlu və digərləri çıxış edərək V. Süleymanın yaradıcılıq xüsusiyyətlərindən danışdılar, ona yeni yaradıcılıq uğurları arzuladılar. 
  
Xatırladaq ki, yeni çapdan çıxan "Oxumayın məni" şeirlər toplusu müəllifin ilk kitabıdı.
 Sonda V.Süleyman "imza günü"ndə iştirak edən dostlarına, oxucularına və həmkarlarına öz minnətdarlığını bildirdi. 
           
Namiq





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin