Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasının suverenliyini tanıdı

Hazırda oxunan: Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasının suverenliyini tanıdı

99929

Ukrayna Ali Radası səsvermə zamanı Çeçenistan İçkeriya Respublikasının (ÇİR) suverenliyini tanıyıb. Qərar parlamentarilərin səs çoxluğu əsasında qəbul edilib.

Bizim.Media xəbər verir ki, qəbul edilmiş qətnamədə “çeçen xalqına qarşı soyqırım” pislənib və ÇİR-in müstəqilliyi tanınıb.

Radanın deputatları respublikanı “Rusiyanın müvəqqəti işğal olunmuş ərazisi” adlandırıb.

Ukrayna parlamentariləri Rusiyanı “BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüzdə” ittiham ediblər.

Qərar layihəsini deputatlar, o cümlədən spiker Ruslan Stefançuk təqdim edib. Bəyanat BMT-yə, Aİ parlamentinə və Avropa Şurasına göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin