Türkiyəli qəssab Nüsrət \"Qarabağ Azərbaycandır\" demədi – VİDEO

Hazırda oxunan: Türkiyəli qəssab Nüsrət \"Qarabağ Azərbaycandır\" demədi – VİDEO

9990

Türkiyəli məşhur qəssab Nüsrət Gökçenin yayılan son görüntüsü azərbaycanlıları hiddətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə məşhur podkaster Murad Rzayev öz “Facebook” səhifəsində yazıb.

O, Nüsrətin restoranında qonaq olduğu zaman  Gökçənin “Qarabağ kimindir?” sualını cavabsız qoyması haqqında olan görüntüsünü yayımlayıb.Görüntüdə Nüsrətin restoranda azərbaycanlı müştərilərə xidmət etdiyi zaman çəkilən kadrları yer alıb.

Bu zaman qonaqlardan biri ondan “Qarabağ Azərbaycandır, yoxsa Ermənistan?” deyə sual verib. Nüsrət isə qonaqların suallarını cavabsız qoyub. Nüsrətin bu hərəkəti, Azərbaycan cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyiciləri onu hətta ermənipərəst mövqedə olduğunu da qeyd edib.

Podkaster Murad Rzayev isə  məsələni belə şərh edib:

“Bir tərəfdən Nusrəti anlamaq olar. O, dünyada tanınmış şöhrətli iş adamıdır və restoranlarının məşhurluğunu və gəlirini artırmaq üçün siyasətdən kənarda qalmalıdır. 

Digər tərəfdən, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycandır və burada heç bir sual ola bilməz.

Amma bir məsələ də var ki, sosial şəbəkədə 33 milyondan çox istifadəçisi olan Nüsrətdən fərqli olaraq, 200 milyon izləyicisi olan Kim Kardaşyana Qarabağdakı cinayətkar rejimi təbliğ etmək üçün heç nə mane olmayıb”.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin