Ukraynadan İrana NOTA – Rusiyaya yardımı dayandırın, əks halda…

Hazırda oxunan: Ukraynadan İrana NOTA – Rusiyaya yardımı dayandırın, əks halda…

99811

Ukrayna İranı Rusiyanın hərbi cinayətlərində əlbir olmaqda ittiham edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.  

Bəyanatda bildirilib ki, Rusiya Federasiyası Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror hücumları üçün İran istehsalı olan pilotsuz döyüş aparatlarından istifadə etməyə davam edir:

“Həftə ərzində işğalçı qüvvələr Ukraynanın bir sıra şəhərlərində mülki hədəflərə 100-dən çox zərbə endirib. Kiyevdəki iki səfirliyin binasına ziyan dəyib. Ukraynanın enerji infrastrukturunun üçdə biri zərər çəkib.

Uşaqlar da daxil olmaqla onlarla insan həlak olub və yaralanıb. Ukraynada işğalçılıq müharibəsi aparmaq üçün silahların verilməsi və Ukrayna vətəndaşlarının öldürülməsi İranı Rusiyanın Ukraynaya qarşı təcavüz, hərbi cinayətlər və terror aktları cinayətinin şərikinə çevirir”. 
Bəyanatda həmçinin Ukrayna İranı Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmağa çağırıb. Bildirilib ki, əks halda, xüsusən də beynəlxalq məhkəmə çəkişmələri çərçivəsində ən ağır məsuliyyəti Tehran və onun rəhbərliyi daşıyacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin