Avropa İttifaqı Ukraynada hərbi missiya qurur – 15 minlik ordu  

Hazırda oxunan: Avropa İttifaqı Ukraynada hərbi missiya qurur – 15 minlik ordu  

99792

Avropa İttifaqı (Aİ) Ukraynaya verdiyi dəstək çərçivəsində 15 min ordu personalının yetişdirilməsi üçün hərbi missiya qurmağa qərar verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb. 

Bildirilib ki, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Ukraynanın tələbi ilə Aİ-na Hərbi Yardım Missiyasının (EUMAM Ukrayna) yaradılmasına qərar verilib. 

Missiyanın məqsədinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək, suverenliyini səmərəli şəkildə həyata keçirmək və mülki insanları qorumaq üçün Ukrayna Silahlı Qüvvələrinin səmərəli hərbi əməliyyatlar aparmaq qabiliyyətinin artırılmasına töhfə vermək olduğu qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin