“Ukraynalıların qətlinə görə İran məsuliyyət daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.
M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.
Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.
Bizim.Media
Iran is responsible for the murders of Ukrainians. Country that oppresses its own people is now giving ru-monsters weapons for mass murders in the heart of Europe. That is what unfinished business and concessions to totalitarianism mean. The case when sanctions are not enough...
— Михайло Подоляк (@Podolyak_M) October 17, 2022