Macarıstanın Türkdilli dövlətlərə sürətli inteqrasiyasının arxasında nə durur?

Hazırda oxunan: Macarıstanın Türkdilli dövlətlərə sürətli inteqrasiyasının arxasında nə durur?

99718

Macarıstanın türkdilli dövlətlərlə bütün sahələrdə əlaqələri artan xətt üzrə inkişaf edir. Bir neçə gün əvvəl Macarıstanın Baş naziri Viktor Orban Özbəkistana səfər etdi. Və bu səfər çərçivəsində Orban Türk Dövlətləri Təşkilatı barədə maraqlı fikirlər səsləndirdi. Bu günsə İstanbulda Türk Dövlətləri Təşkilatı Xarici İşlər nazirlərinin növbəti toplantısı öz işinə başlayır. Macarıstan XİN bu toplantıya müşahidəçi qismində qatılır. 

Bəs Aİ-nin üzvü, Rusiyanın yaxın tərəfdaşı olan Macarıstanın Türk dünyasına can atmasının səbəbi nədir? Bu macarların türk kökənli olmasıyla, yoxsa dəyişən geosiyasi vəziyyətlə bağlıdır?
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevin həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Macarıstanın son vaxtlar türk dövlətləri ilə güclənən münasibətlərinin iki səbəbləri çoxdur:

“Bunun bir səbəbi macarların əsasını hunların təşkil etməsidir. Təsadüfi deyil ki ölkənin də adı “Hunqari”dir. Bu ölkəni ancaq Rusiya “Venqriya” adlandırır. Qərbdə isə bir qayda olaraq bu ölkə“Hunqari” adlanır. Və bu gün macarlar tarixi köklərinə qayıdırlar. 
Macarıstanın baş naziri Viktor Orban çox ağıllı və milli siyasət yürüdür. O birinci yerə dövlət maraqlarını qoyur. Hökümət başçısı kimi dövlətini gözləyə biləcək təhlükələrdən sığortalamağa çalışır. Ona görə də Rusiya ilə münasibətində də ciddi dəyişiklik etmək istəmir. Amma onun türkdilli dövlətlər təşkilatına gəlməsi və quruma üzv olmaq istəməsi mühüm bir hadisədir. Qərb bunu dini və yaxud milli müstəviyə bağlasalar da alınmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda Türk Dövlətləri Təşkilatının növbədənkənar iclası başlayıb


Çünki, Macarıstan xristian ölkəsidir. Və Avropanın göbəyində yerləşir. Ona görə də Macarıstanın TDT-yə gəlməsi bu ölkəyə nə qədər lazımdırsa, bu həmin qurumun üzv dövlətlərinə də bir o qədər maraqlıdır. Necə ki, Rusiya İƏT-yə üzv oldu. Yaxın zamanlarda biz yəqin ki, Rusiyanın TDT-yə üzv olmasına da şahidlik edəcəyik. Çünki, Rusiyanın tərkibində çoxlu sayda türkdilli xalqlar yaşayır”. 

Cümşüd Nuriyev onu da əlavə etdi ki, Macarıstanın TDT-yə gəlməsinin digər səbəbi Aİ-nin çöküş ərəfəsində olmasıdır:

“ABŞ çalışır ki, Aİ tamamilə şöksün. Bu məsələdə qəribə də olsa ABŞ-ın Çinlə maraqları üst-üstə düşür. Əgər ABŞ Fransanı qızışdırıb Türk dilli dövlətlərinin üstünə salırsa, Almaniya da Macarıstanı TDT-yə üzv olmağa həvəsləndirir. Nəzərə alaq ki, Almaniya ABŞ və Çindən sonra dünyada ən böyük iqtisadiyyata malik bir dövlətdir. Bütün hallarda Macarıstanın türkdilli dövlətlərə sürətlə yaxınlaşması əlamətdar və xoş bir hadisədir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin