Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs olundu

Hazırda oxunan: Krım körpüsündəki partlayışla bağlı daha 3 nəfər həbs olundu

99681

Moskvanın Basman Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 3 Rusiya vətəndaşı barədə həbs qərarı çıxarıb. 

Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, sözügedən şəxslər dekabrın 8-nə qədər həbsdə qalmalı olacaq.  

Bildirilir ki, Krım körpüsündə baş verən partlayışda iştirakda şübhəli bilinən bütün şəxslər barəsində terror aktının törədilməsi ittihamı irəli sürülüb.  

Xatırladaq ki, oktyabrın 13-ü Krımda məhkəmə sözügedən məsələ ilə bağlı 5 nəfər barəsində həbs qərarı çıxarıb.  

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib.

Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin