Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri İstanbula TOPLAŞIR - SƏBƏB

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri İstanbula TOPLAŞIR - SƏBƏB

99558

Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan-Fransa parlamentlərarası İşçi qrupu fransalı parlamentarilərə müraciət edib.

Toplantıda TDT-nin gündəmində olan məsələlərlə yanaşı, 11 noyabrda Səmərqənddə keçirilməsi nəzərdə tutulan Zirvə görüşü ilə bağlı hazırlıqlar müzakirə ediləcək.

Toplantıda TDT üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkələr – Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin