Sentyabrın sonu - oktyabrın əvvəlində ruslar daha tez-tez çamadan və bel çantaları almağa başlayıblar.
Bizim.Media CloudPayments onlayn mağazalarının ödəniş xidmətinin araşdırmasına əsasən xəbər verir ki, bu müddət ərzində bu məhsullara tələbat iki dəfə artıb.
Tədqiqat dövründə onlayn satış kateqoriyasında bel çantaları, çantalar və çamadanlara tələbat 102% artıb. Onlayn alışın orta məbləği 34% çoxalıb.
Analitiklər qeyd edirlər ki, bu vaxtlar geniş çamadanlar və səyahət və bel çantaları məşhur olub.
Mütəxəssislərin fikrincə, bir əməliyyat çərçivəsində insanlar daha çox mal almağa başlayıblar.
Digər səbəb isə qiymət artımıdır. Çünki bu mallara tələbat kəskin artıb və mümkün mal qıtlığı yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:49 / 16.10.2022
Rusiyada çamadan və bel çantalarına tələbat iki dəfə artıb
Hazırda oxunan: Rusiyada çamadan və bel çantalarına tələbat iki dəfə artıb
Hazırda oxunan: Rusiyada çamadan və bel çantalarına tələbat iki dəfə artıb
99540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.