Rus ordusu Nikopola 40 mərmi atdı - Bir nəfər yaralandı

Hazırda oxunan: Rus ordusu Nikopola 40 mərmi atdı - Bir nəfər yaralandı

99526

Rus ordusu Nikopola 40 mərmi atıb. Nəticədə bir nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.

"Ruslar bu gecə də Nikopol rayonuna dinclik vermədilər... Onlar "Qrad"dan və ağır artilleriyadan Nikopol və Marqanetski atəşə tutublar. Nikopola 40-dan çox rus mərmisi düşüb.

47 yaşlı kişi yaralanıb. Atəş nəticəsində bir neçə yanğın baş verib. Artıq yanğınsöndürənlər onları ram ediblər”, - deyə vilayət rəhbəri yazıb.

Rezniçenkonun sözlərinə görə, şəhərdə 30-a yaxın çoxmərtəbəli və fərdi yaşayış evi, sənaye müəssisəsi, avtomobillər, bir neçə qaz kəməri və elektrik xətləri zədələnib. 1,5 mindən çox ailə işıqsız qalıb. 

Marqanetsdə isə tələfat olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin