13 min dollarlıq cənnət eşitmisiniz? - Bəs gerçək Robinzon necə... 

Hazırda oxunan: 13 min dollarlıq cənnət eşitmisiniz? - Bəs gerçək Robinzon necə... 

99514

İngiltərəli qəzet redaktoru Brandon Qrimşou hələ 30-lu yaşlarında Seyşel adaları ətrafında kiçik bir ada alaraq oraya köçüb.

Bizim.Media xəbər verir ki, 13 min dollara aldığı adada yeni həyata başlayan Qrimşou 50 yaşına qədər yalnız yaşadığı üçün kitablardan oxuduğumuz həqiqi Robinzon Kruzo adlandırılır.

Özündən başqa heçbir insan ayağı dəyməyən adada gerçək Robinzon yerli aborigenlərdən özünə yoldaş tapıb. Rene Lafortin adlı bu xanımla Qrimşou yeni ev inşa edib. İlk vaxtlar Rene adaya ara-sıra gəlsə də, onlar onilliklər boyu orada yaşayıb və heç vaxt ayrılmayıblar.
Birlikdə yaşadıqları 39 il ərzində Qrimşou və Lafortin öz əlləri ilə 16 min ağac əkib, demək olar ki, 5 kilometrlik meşə cığırı çəkiblər.

2007-ci ildə Rene Lafortin vəfat edib və Brandon yenə adada tək yaşamağa başlayıb.

81 yaşı olanda o, adaya 2000 yeni quş növü və Seyşel adaları da daxil olmaqla bütün dünyada nəsli kəsilmək üzrə olan yüzdən çox nəhəng tısbağa cəlb edib.

Bir neçə il əvvəl Səudiyyə Ərəbistanı şahzadəsi Brandon Qrimşouya ada üçün 50 milyon dollar təklif etsə də, gerçək Robinson bundan imtina edib. “Mən adanın zənginlərin sevimli istirahət məkanına çevrilməsini istəmirəm. Yaxşı olar ki, bura hər kəsin zövq ala biləcəyi milli park olsun”,-deyə etirazını bu cür izah edib.

Odur ki, 2008-ci ildən etibarən ada Seyşelin milli parkı elan edilib.

Qrimşounun səyləri sayəsində bir vaxtlar səhra olan ada indi Seyşel adalarının faunasının üçdə ikisini təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin