Dünyanın ən böyük qaz tədarükçüsü olan Rusiyanın "Qazprom" şirkəti "Türk Axını" layihəsinin tutumunu yarı yarıya endirmə qərarı verib.
Avropa.info xəbər verir ki, "Qazprom" şirkətinin icraçı direktoru Aleksey Miller verdiyi bəyanatda "Türk Axını" kimi tanınan boru xəttinin "real" rəqəmlərlə illik 32 milyard kub metr olduğunu açıqlayıb. Miller Türkiyənin ötən il xərclədiyi qaz miqdarının üçdə ikisi miqdarında olan bu miqdarın Rusiya və Avropa şirkətləri arasında ötən ay kəmərin tutumunu Şimali Avropada iki dəfə artırandan sonra çıxar qərarın iki ölkə arasındakı danışıqların hədəfi olacağını deyib.
Halbuki Rusiya daha əvvəl Türkiyə və cənub-şərqi Avropaya illik 63 milyard kub metr qaz göndərməyi planlaşdırmışdı ki, bu miqdar Aİ-yə edəcəyi qaz ixracının üçdə birindən çox idi. Belə bir planlaşdırmanın səbəbi Ukrayna ilə Rusiya arasında baş verən toqquşmaya görə, Rusiyanın bu ölkə üzərindən qaz ixrac etməyi dayandırmasından irəli gəlirdi.
Rusiya prezidenti Vladimir Putin ötən il Türkiyə və Yunanıstanın cənubi Avropanın yeni qaz mərkəzləri olacağını söyləmişdi.
Qeyd edək ki. Rusiyanın Suriyaya müdaxiləsindən sonra, rəsmi Ankara ilə Moskva arasında münasibətlər kritik həddə çatıb.






























































































