İranda məcburi hicabdan imtina edən qadın molla rejiminin iki muzdlusuna müqavimət göstərib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, qadının müqavimət göstərdiyi anların görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, qadın ona şiddət göstərməyə çalışan şəxslərə qarşı çıxaraq özünü müdafiə edib.
Qeyd edək ki, İranda artıq 28 gündür ki, 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. Nümayişlərdə 200-dən çox etirazçı hökumət qüvələri tərəfindən öldürülüb.
Bizim.Media