Təcavüz etdiyi hər qadına 500 min dollar ödəyəcək.
Hollivud prodüseri Harvi Vaynşteyn tərəfindən təcavüz və cinsi zorakılığa məruz qalan 50 qadın ümumilikdə 17,1 milyon dollar alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
ABŞ-ın müflisləşmə işləri üzrə hakimi Meri Uolrat prodüserin "Weinstein Company" şirkətinin ləğvi planını təsdiqləyib.
Hakimin qərarına əsasən, şirkətin müflisləşmə proseduru çərçivəsində 17,1 milyon dollar məbləğində fond yaradılacaq. Vaynşteynin cinsi zorakılığına məruz qalan 50 qadın isə 500 min dollar məbləğində kompensasiya alacaq.
Qeyd edək ki, 23 il müddətində azadlıqdan məhrum edilən Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb.
Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. (axsam.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:23 / 28.01.2021
Təcavüz etdiyi hər qadına 500 min dollar ödəyəcək
Hazırda oxunan: Təcavüz etdiyi hər qadına 500 min dollar ödəyəcək
Hazırda oxunan: Təcavüz etdiyi hər qadına 500 min dollar ödəyəcək
9921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.