Oktyabrın 6-da axşam saatlarında Moskvaya Məhəmməd peyğəmbərin saçı çatdırılacaq, TASS bildirib.
Oxu.Az xəbər verir ki, müsəlman təbərrükünü Məscidə Çeçenistanın rəhbəri Ramzan Kadırov bağışlayıb.
“Təbərrük Moskva məscidinə bu axşam saat 18.00-da gətiriləcək və arzu edənlər ona gecəyə qədər toxuna biləcəklər”x9d ”“ Rusiyanın Müsəlmanlar İdarəsində bildiriblər.
Təbərrük məsciddə zirehli vitrində sərgilənəcək, o insanlara dini bayramlar zamanı göstəriləcək. Qalan vaxtlarda isə saç “xüsusi mühafizə edilmiş yerdə saxlanılacaq”x9d.
Qeyd edilir ki, Rusiyada peyğəmbərin üç saçı var. Əfsanəyə görə, əsl təbərrük kölgə salmır və ətir saçır.
Daha öncə Kadırovun Moskva məscidinə hədiyyə kimi Məhəmməd peyğəmbərin saçını verəcəyi bildirilmişdi. Respublika rəhbəri saçı Moskvaya rəsmən aparmağa hazırlaşırdı.



































































































