Rusiyaya qarşı cihad başlayır ”“ Çağırış

Hazırda oxunan: Rusiyaya qarşı cihad başlayır ”“ Çağırış

99163
Bəşər Əsədə hərbi dəstək verən Rusiyaya qarşı cihad fərzdir.

   Moderator.az “Anadolu Agentliyi”x9dnə istinadən xəbər verir ki, bunu Suriyadakı “Müsəlman Qardaşları”x9dnın sözçüsü Ömər Məşuh deyib. O, Rusiyaya qarşı bütün imkanları ilə müqavimət göstərəcəklərini bildirib:

   “Rusiya Suriyada mülki vətəndaşları bombalayır. Rus işğalı ilə üz-üzəyik. Onlara qarşı hər hansı bir yolla müqavimət göstərmək Suriya xalqının haqqıdır. Moskva Əsəd rejiminə yardım etməklə maraqlarını qorumağa çalışır. Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrarlayır. 5 ildir ki, rejimə, İrana və Hizbullaha necə müqavimət göstərirdiksə, Rusiyaya da müqavimət göstərəcəyik”x9d.

   Digər tərəfdən Suriya “Müsəlman Qardaşları”x9dnın internet saytında yayımlanan məlumatda Rusiyaya qarşı cihadın silah daşıya bilən hər kəsə fərz olduğu, təşkilatın bütün imkanlarını bu uğurda istifadə edəcəyi bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin