Rusiyalı aktyor İvan Krasko 90 yaşında ata olub.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyor Birinci kanalın "Əslində" adlı tok-şousunda məlumat verib.
O, bildirib ki, bir qızı dünyaya gəlib. Bu onun altıncı övladıdır.
Aktyor "Sevgi varsa, uşağın olması üçün heç bir əngəl ola bilməz",- deyə qeyd edib.
90 yaşlı İvan Krasko 29 yaşlı Yuliya Kiçemasova ilə sevgilidir. Cütlük artıq nikaha düşmək niyyətindədir.
Bizim.Media