Çinin cənubunda şiddətli burulğan və ardınca gələn qasırğa 8 nəfərin ölümünə səbəb olub.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “Euronews”x9d telekanalında yayımlanıb.
Xəbərdə bildirilir ki, qasırğa zamanı yüzlərlə insan yaralanıb və onlarla balıqçı yoxa çıxıb.
Çində təbii fəlakətə qarşı bəzi tədbirlər alınıb. Belə ki, Guanqdonq əyalətində 200 min nəfər daha təhlükəsiz yerlərə köçürülüb.
Tayfun qasırğasının nəticəsində bölgədəki elektrik və su xətləri sıradan çıxıb.
Çərşənbə gününə qədər adıçəkilən bölgəyə turistik səyahətlər də təxirə salınıb.



































































































