Ukrayna ordusu hücuma keçdi: Xerson vilayətinin “hakimiyyəti” əhalini təxliyə edir

Hazırda oxunan: Ukrayna ordusu hücuma keçdi: Xerson vilayətinin “hakimiyyəti” əhalini təxliyə edir

99112

Xerson vilayətinin “administrasiyasının rəhbəri” Vladimir Saldo Moskvadan bölgə sakinlərinin Krıma, Krasnodar diyarına və digər yerlərə evakuasiya edilməsini xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

"...Uşaqlarınızı da götürün və ərazidən gedin. Evakuasiyanı təşkil etmək üçün ölkə rəhbərliyindən kömək istəyirəm", - Saldo bildirib.

Onun sözlərinə görə, dinc əhalinin təxliyyə edilməsi zərurəti Ukrayna Silahlı Qüvvələrinin Xerson, Novaya Kaxovka, Qoloy Pristan və Çernobayevkaya hücumu ilə bağlıdır.

Cümə axşamı Britaniya kəşfiyyatı bildirib ki, regionun rusiyayönlü administrasiyası Ukrayna qoşunlarının Xersona daxil olacağını güman etdiyi üçün evakuasiyaya başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin