Dövlət Departamenti sözçüsündən səfirliyimizin avtomobilinə hücumla bağlı REAKSİYA 

Hazırda oxunan: Dövlət Departamenti sözçüsündən səfirliyimizin avtomobilinə hücumla bağlı REAKSİYA 

99081

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtondakı səfirliyimizin avtomobilinə edilən silahlı hücumla bağlı vəziyyəti şərh edib.

Bizim.Media xəbər verir ki, sözçü bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə əlaqə saxlanıldığını bildirib:

“Birləşmiş Ştatlar zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə sadiqdir. İnsidentlə bağlı araşdırmalar aparılır. Biz Azərbaycan səfirliyinin rəsmiləri ilə əlaqə saxlayırıq və mütəmadi olaraq həm təhdid məlumatları, həm də təhlükəsizlik tövsiyələrini paylaşırıq". (ANS Press)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin