Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş dövlət başçısı Viktor Yanukoviç, ukraynalı iş adamı Sergey Kurçenko, keçmiş müdafiə naziri Pavel Lebedev və rusiyalı iş adamı Oleq Deripaskaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarını təsdiq edən fərman imzalayıb.
Bizim.Media Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin saytında dərc olunan sənəddə bildirilib.
“Ukrayna Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 12 oktyabr 2022-ci il tarixli “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi və dəyişdirilməsi haqqında” qərarının qüvvəyə minməsi barədə qərar qəbul edirəm”, - deyə fərman mətnində qeyd edilib.
Bildirilib ki, məhdudiyyətlər həmin şəxslərin aktivlərinin 10 il müddətinə bloklanmasını nəzərdə tutur. Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:40 / 12.10.2022
Zelenskidən bu şəxslərə SANKSİYA
Hazırda oxunan: Zelenskidən bu şəxslərə SANKSİYA
Hazırda oxunan: Zelenskidən bu şəxslərə SANKSİYA
98971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.