“Avropa İttifaqı və ABŞ İrəvanla Bakı arasındakı nizamlanmaya müdaxilə etməyə çalışır”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Azərbaycanla Ermənistan arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil etdiyini bildirib.
“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”, - Kreml rəsmisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:34 / 12.10.2022
Aİ və ABŞ Bakı-İrəvan danışıqlarına MÜDAXİLƏ EDİR – Kreml rəsmisi
Hazırda oxunan: Aİ və ABŞ Bakı-İrəvan danışıqlarına MÜDAXİLƏ EDİR – Kreml rəsmisi
Hazırda oxunan: Aİ və ABŞ Bakı-İrəvan danışıqlarına MÜDAXİLƏ EDİR – Kreml rəsmisi
98953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.