Tokayev Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni verdi - FOTO

Hazırda oxunan: Tokayev Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni verdi - FOTO

98926

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tengrinews.kz saytı yayıb. 

"Sizin konstruktiv siyasətiniz sayəsində Türkiyənin dünyadakı nüfuzu artıb. Bütün beynəlxalq ictimaiyyət ölkənizə böyük potensiala malik inkişaf etmiş dövlət kimi hörmətlə yanaşır.

Türkiyə qədim zamanlardan bizə ortaq köklərə bağlı olan bir ölkə olub. Bizə ən yaxın dövlətsiniz, Qazaxıstanın etibarlı strateji tərəfdaşısınız”, - deyə Tokayev qeyd edib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan iki xalqı birləşdirən qardaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

"Mən bu töhfəni yüksək qiymətləndirirəm. Sizin yorulmaz səyləriniz qohum ölkələrimizi ortaq maraqlar naminə daha da yaxınlaşdırmağa yönəlib. Əvvəlcə şura kimi yaradılan və hazırda tam hüquqlu təşkilata çevrilən Türk Dövlətləri Təşkilatı bunun parlaq təsdiqidir. Bundan əlavə, sülhməramlı səylərinizi xüsusilə qeyd etmək istəyirəm. Biz qlobal böhranların və regional problemlərin həlli ilə bağlı təşəbbüslərinizi dəstəkləyirik”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Bundan əvvəl Qazaxıstan və Türkiyə prezidentləri Astanada danışıqlar aparıblar. Danışıqların yekununda Tokayev və Ərdoğan Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanat imzalayıblar.
Xatırladaq ki, “Dostluq” ordeni vətəndaşlara cəmiyyətdə qarşılıqlı harmoniyanın qorunması sahəsində səmərəli fəaliyyətinə, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin