ABŞ-da 4 qız yeniyetmə qətlində günahlandırılır.
Bizim.Media ABŞ KİV-ə istinadən xəbər verir ki, insident Luiziana ştatında baş verib.
“Facebook” və “İnstagram” vasitəsilə canlı yayım açan yeniyetmələr ölümə səbəb olub. Belə ki, onlar bəyənmə və baxış sayı üçün cinayət törədiblər.
Görüntülərdə də paylaşım edənlərdən birinin kiminsə ürəyinə bıçaqla zərbə vurduğunu təsvir edən səs yazısı var.
Nəticədə, xəstəxanaya aparılan 15 yaşlı qız aldığı bıçaq xəsarətlərindən ölüb. Polis cinayətdə şübhəli bilinən 12, 13 və 14 yaşlı yeniyetmələri yetkinlik yaşına çatmayanlar üçün mərkəzə yerləşdirib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Novosibirsk şəhərində bir kişi canlı yayımdaykən intihar edib.
Bizim.Media